adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Oktyabr 2021 12:05
2698
ŞOU-BİZNES
A- A+

 “Laçınım” qalmaqalı gündəmdən getdi: Əməkdar artist bu dəfə “kişi” oldu - VİDEO

 

Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım”ın bəstəkarı olduğunu açıqladıqdan sonra nüfuzuna böyük zərbə dəydiyinin fərqində oldu.

Çünki həm sənət camiəsi, həm də tamaşacı kütləsi bu fikrin əleyhinə oldu. Belə ki, Könül Kərimovanın bu iddiasının niyə məhz Məhəbbət Kazımovun vəfatından sonra reallaşdırması hamıda təəccüb doğurdu. Həm də Könül xanım heç sözügedən əsəri bircə dəfə də olsa, ifa etməyib. Mövzuya tanınmış müğənni Cavanşir Məmmədov bu sözlərlə möhür vurdu və söhbət gündəmdən düşdü: "Könül Zəngilana, Cəbrayıla, Kəlbəcərə də mahnı yazıb oxusun.

 

Sual olunur ki, Könül xanım heç sözügedən əsəri ifa edib? Mən eşitməmişəm. Axı bəstəkar yazdığı mahnını ilk özü oxumalıdır.
Görkəmli bəstəkarımız Emin Sabitoğlu ilk dəfə özü ifa edirdi. Necə ola bilər ki, mahnını yazım, deyim Məhəbbət oxu, özüm də bir qıraqda dayanım. 

 

 Könül Kərimovadan yeni imic..

 


"Bizə deyirlər siz kişi kimi, güclü qadınsız, dözümlüsüz. Ona görə də səbirli, dözümlü olmalısınız. Əziz kişilər, gücü də, səbri də, dözümü də sizlərdən alırıq. Siz var olun ki, biz hər zaman sizdən güc alaq. Sizlər olmasanız bizim üçün çətin olar".
Adalet.az  xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Günün sədası" proqramında deyib. Müğənni verilişə kişi obrazında gəlib. O, parikdən və qrimdən istifadə edərək maraqlı görüntü yaradıb.
Kərimova kişilərə səslənib və göz yaşlarını saxlaya bilməyib:
"Amma sizlər də bizi incitməyin. Qəlbimizi sındırmayın. Bizə toxunmayın, sonda biz zərif qadınıq, ana, bacı və bir ana övladıyıq. Kişi olsaydım, təmiz sevərdim, doğru-düzgün sevərdim (kövrəlir)".
Koronavirus infeksiyasına yoluxmasından danışan Könül "Çox pis anlar yaşadım. Gördüm ki, yenə də onlara ehtiyacım var. O anda qardaşımı görmək istədim. Kişi olmaq çətin və məsuliyyətlidir" sözlərini əlavə edib.

 


 
 Xatırlatma: Jurnalist Elnur Baxış İfaçı Könül Kərimovanın verdiyi müsahibəsində "Laçınım" mahnısını onun bəstələdiyinə dair iddiası barədə bu sözləri demişdi: "Könül Kərimova görür ki, efirlərdə ona baxan artıq yoxdur, ona görə yeni gündəm yaratmaq istəyir.” 

Əməkdar artistin bu göndərmələri, sətiraltı mesajları  kimədir, bunu yəqin ki, bir özü bilir bir də Allahı...

 Əntiqə Rəşid