adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Oktyabr 2021 12:52
1602
GÜNDƏM
A- A+

Deputat Artur Qaziyanın təşvişi: "Ölkə üçün təhlükədir, milli maraqlara ziddir..." 


 Son günlər  Ermənistan parlamentinin “Hayastan” blokundan olan deputatı Artur Qazinyan sosial şəbəkə aktivləşib. 

Adalet.az xəbər verir ki, o müharibədən sonra baş verən proseslərə münasibət bildirməyi intensivləşdirib. Məsələn ötən ay “Facebook” səhifəsində  etdiyi paylaşımla yadda qalmışdı:”Son günlərdə Gorus-Qafan yolunda baş verən biabırçılıq gizli bir sövdələşmənin nəticəsidir. Təcili istintaq olmalıdır, ekvivalent qiymətləndirilmə aparılmalıdır. Rusiya Federasiyası 10 noyabr bəyanatının həyata keçirilməsinin qarantı olub və belə də qalır, buna görə də Nikol Paşinyanın “hərbi eskalasiyadan qaçmaq” haqqında iddiası yalandır, hərbi eskalasiya təhlükəsi olmayıb və ola bilməzdi”, - deyə o qeyd edib. 
Qazinyan yazıb ki, təhvil vermə İlham Əliyevlə əldə edilən şifahi anlaşma nəticəsində baş verib.

Bu gün yenidən Artur Qaziyanın həyəcan dolu səsi çıxıb:“İndi Azərbaycanla görüş təşkil etmək və Qarabağ məsələsinin həlli üçün danışıqlar aparmaq məqsədəuyğun deyil, Ermənistan kifayət qədər zəif vəziyyətdədir, danışıq mövqeləri zəifləyib”deyən   deputatın sözlərinə görə, indi danışığa getmək kifayət qədər ciddi mövqeləri güzəştə getmək, Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhlükələr yaratmaq demək olacaq.
“Hazırda təklif etmək üçün heç nəyimiz yoxdur, vəziyyət mürəkkəbdir”, – deyə Qazinyan qeyd edib.
O bildirib ki, Ermənistan hakimiyyətinin Azərbaycanın bütün tələblərini yerinə yetirəcəyi barədə qorxular var.
Qazinyan qeyd edir ki, Ermənistan hakimiyyətinin hərəkətləri milli maraqlara ziddir və ölkə üçün təhlükə yaradır, hazırkı hakimiyyət danışıq aparmaq iqtidarında deyil.


Zənnimcə, indiki vaxtda Ermənistan- Azərbaycan görüşünü gerçəkləşdirmək lazımdır ki, Ermənistan təzminat ödəsin
 Əntiqə Rəşid