adalet.az header logo
  • Bakı 7°C
02 Oktyabr 2021 17:11
3536
MARAQLI
A- A+

Ruhların gəzişdiyi məkanlar: Oralarda olmaq istəməzsiniz...

Dünyanın gözəl, görməli, səfalı və heyrətamiz yerləri ilə yanaşı qorxulu məkanları da mövcuddur. İnsanlar belə yerlər haqqında müxtəlif  rəvayətlər, əfsanələr quraşdırır və ona inanırlar.  Hətta elə yerdə guya ruhların da məskən saldığını iddia edirlər.

Adalet.az xəbər verir ki, müxtəlif ölkələrdə yerləşən qorxulu yerlərə yalnız cəsur insanlar səfərlər edirlər.

Hər kəs ölüsünü torpağa basdırır. Amma bir ölkə var ki, orada ölən insanları hündür qayadan asırlar.

 

Filipinlilərin Luzon bölgəsində yaşayan İqorot qəbiləsinin insanları yüzillərdir ölülərini tabuta qoyur, qatadan asırlar. Bu onların adətidir.



Portuqaliyada olan bu kilsənin divarları insan sümüyündən düzəldilib.



Bölgənin adətlərinə görə, 5 min fərqli insanın sümüyündən hazırlanan bu kilsə ölümün qaçılmaz olduğunu göstərir.



İngiltərədə bir vaxtlar əsgərlərin qaldığı bu xəstəxana naməlum səbəbdən bu hala qalıb.



1878-dən 1996-cı ilə qədər fəaliyyət göstərən xəstəxana divarlarındakı yüksək dərəcəli asbest (kimyəvi maddə) səbəbindən içəridə qalmaq mümkün deyil. 



Rusiyanın Osetya bölgəsində yerləşən bu məkanın ən böyük özəlliyi qeyri-adi evlərdir. Rəvayətə görə osetyalılar bu evlərin içinə ölülərinin cəsədlərini yığırlar.



İtaliyanın Palermo şəhərindəki Kapuçin yeraltı məzarlıq görənləri heyrətə gətirir. Minlərcə cəsədin sərgiləndiyi bu yerə girmək hər adamın işi deyil.



8 min cəsədin yerləşdiyi "Ölülər kilsəsi"ndəki sonuncu meyid 2 yaşındakı Rosalia Lombardo adlı qıza məxsusdur.



Peruda yer alan bu yerdə ölüləri torpağa basdırmırlar. Burada cəsədlər hava vasitəsiylə qurudulur.



Bir çox insan qalıqlarının olduğu bu yerdə hələ də eyni mənzərəyə rast gəlinir.



The Overtoun körpüsü Milton yaxınlığında yerləşir. 1859-cu ildə tikilən ən böyük körpüdür. Buranın ən sirli və məşhur olmasına səbəb isə üstü açılmayan hadisələrin burada baş verməsidir. Ən maraqlısı isə saysız itlər özlərini bu körpüdən ataraq öldürür.



İtaliyada Venesiya və Lido arasında qalan bu ada vəba xəstələrinin gətirildiyi yerdir. Buna görə də adaya "Ölüm adası" adı verilib. Araşdırmalara görə burada 160 mindən çox vəba xəstəsi ölüb.

Hazırladı Əntiqə Rəşid