adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2021 12:51
1353
DÜNYA
A- A+

Ben Laden öldürülməyib?

Hadisə yerinin detallarını araşdıran və hadisənin şahidlərini dinləyən  Pakistanlı jurnalistlər RİA Novostiyə bildiriblər ki, 2011-ci ildə "Əl-Qaidənin" lideri Usamə Ben Ladenin məhv edilməsi əməliyyatı, sadəcə qurulmuş tamaşa idi. Çünki apardığımız araşdırmalardan bu nəticəyə gəlmək olar ki, əməliyyat keçirilən vaxt Ben Ladenin orada olmasını təsdiq edən heç bir sənəd yoxdur.
 

Rəsmi məlumatlara görə, Ben Ladeni Əfqanıstanın Abbottabat əyalətinə xüsusi vertalyotla gətirilmiş amerikan xüsusi təyinatları tərəfindən məhv edilib. 

Həmin vaxt   hadisə yerində çalışan  Pakistanlı jurnalist Syxeyl Abbasi bildirib ki, Abbottrabatda aparılan əməliyyat, ABŞ -ın dünya ictimayyəti və amerikan xalqı qarşısında simasını saxlamaq üçün sadəcə qurulmuş bir tamaşa idi.
 

"Biz əminik ki, həmin vaxt Ben Laden o evdə olmayıb. Düzdür, o, ailəsiylə birlikdə bir neçə il o evdə yaşayıb"- deyə hadisənin şahidi, əməliyyat aparılan evin yaxınlığında yaşayan Raca Xarun bildirib. O, qeyd edib ki, şəhərdə hamı Qərb və amerikan KİV-lərinin Ben Ladenin məhv edilməsi xəbərinin yaymasını təəcüblə qarşılayıb. "Həmin vaxtlar, həm yerli, həm də xarici jurnalistlər tökülüb gəlmişdilər. Obama ( ABŞ -ın keçmiş prezidenti) dünyanın ən təhlükəli terrorçusunun məhv edilməsi ilə bağlı hamını təbrik edirdi. Güya onun cəsədi gələcəkdə terrorçuların səcdə edəcəyi məkana çevrilməməsi üçün dənizə atılmışdı - bu sadəcə , axmaqlıqdı və boş söhbətlərdi".
 
Rüstəm Hacıyev
RİA Novostinin materialları əsasında