adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
24 Sentyabr 2021 09:03
572
DÜNYA
A- A+

Polşa Belarusla sərhəddə 250 müasir tank yerləşdiriləcək

Polşa hökuməti ABŞ-dan alınan 250 “Abrams” tankını şərq sərhədinə yerləşdirmək niyyətindədir.

Bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak bildirib.

Onun sözlərinə görə, Polşa 2022-ci ilə qədər şərqdə yerləşdiriləcək 250 ən müasir tankı əldə etməyi planlaşdırır.

Polşa hakimiyyət orqanlarının ABŞ-dan 250 tank almaq niyyətində olması 2021-ci ilin iyulunda məlum olub.

2020-ci ilin avqustunda Polşa və ABŞ genişləndirilmiş müdafiə əməkdaşlığı ilə bağlı danışıqları tamamlayıb. Yeni tədbirlərdən biri də Polşa ərazisinə minlərlə əlavə ABŞ əsgərinin yerləşdirilməsidir və artıq 4 500 ABŞ əsgəri orada yerləşib.

“RİA Novosti”