adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Sentyabr 2021 09:04
760
SİYASƏT
A- A+

"Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoydu" - Ərdoğan

“Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atıldı”.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoydu.

“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açıldı. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”.