adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Sentyabr 2021 19:21
1524
ŞOU-BİZNES
A- A+

Bir ildə 45 kq arıqlayan müğənni  özünə sevgili də tapdı - FOTOLAR 


Ötən aylarda 33 yaşını qeyd edən Britaniyalı məşhur ifaçı Adel arıqlamağının sirrini bölüşmüşdü. son bir ildə 45 kq arıqlayan ifaçı buna pilates və “sirtfood” pəhrizi sayəsində nail olmuşdu. Müğənni görünüşündə kardinal dəyişikliyi oğlunun xatirinə qərar vermişdi. Adel bu haqda belə demişdi:
“Sirtfood” pəhrizinin sirri bədənin metabolizmasını yaxşılaşdıran, qocalma prosesini ləngidən və hüceyrələri stresdən qoruyan xüsusi zülalları - sirtuinləri aktivləşdirməsidir. Pəhrizin digər xüsusiyyəti də yağdan tez bir zamanda qurtulmağa imkan verir, eyni zamanda əzələ kütləsini də qoruyur.

 

 

Adalet.az xəbər verir ki, incə bir görünümə malik olan Adel dostlarının toyunda möhtəşəm görünüşü ilə də hər kəsi heyran qoyub. Bundan başqa, o, yeni sevgilisi ilə münasibətlərini təsdiqləyib.
Adelin oğlunun atası Simon Konekki ilə boşanmasından iki il keçir. Bu müddət ərzində ifaçı tanınmaz dərəcədə arıqlayıb - amma yeni bir eşq macərasına atılmağa tələsməyib.

 


Bu ilin yazından müğənni idman agenti Riç Polla ilə ictimaiyyət qarşısına çıxmağa başlayıb. Ancaq hansı münasibətdə olduqları barədə şərh verməyib. NBA oyunçusu Entoni Devisin toyunda iştirakı ilə Adel ilk dəfə olaraq sevgilisi ilə münasibətlərini təsdiqləyib.

 


 Əntiqə Rəşid