adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Sentyabr 2021 10:46
1197
DÜNYA
A- A+

FRANSA ABŞ - DAN KÜSÜB

Böyük Britaniyanın baş naziri Boris Conson üçtərəfli  AUKUS müqaviləsinin bağlanması ilə bağlı  Fransa ilə ABŞ arasında yaranan gərginliyə münasibət bildirərək bəyan edib ki, onun ölkəsi Fransaya sevgiylə yanaşır. ABŞ, Böyük Britaniya və Avstraliya arasında yeni hərbi alyansın yaranmasından sonra, Avstraliya Fransa ilə sualtı qayıqların hazırlanması üçün bağladığı 66 milyard dollarlıq müqavilədən imtina edib.
 

Bu barədə məlumat verən Blumberq agentliyi bildirir ki, Fransa hökuməti tarixində ilk dəfə olaraq, ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.
 

Guardian qəzeti isə bildirir ki, bu həftə Fransanın müdafiə naziri Florans Parli və Böyük Britaniyanın müdafiə naziri Ben Uolles arasında Londonda keçiriləcək görüşü də təxirə salınıb.
 

Hyu-Yorka səfəri ərəfəsində Boris  Conson jurnalistlərə bildirib ki, Böyük Britaniya Mali və Pribaltika respublikalarında Fransa ilə hərbi sahədə əməkdaşlıq edirlər. "Biz, Fransa ilə əlaqələrimizdən qürur duyuruq. Fransaya sevgimiz tükənməzdir"- deyə o, bildirib.
  
Rüstəm Hacıyev