SON DƏQİQƏ:

"Qarabağda  türk əsgəri də döyüşüb"- deyirsənsə,  bəs  faktın hanı Armen Sarkisyan - 366-cı alay...

  840   |  
Şriftin ölçüsü  

Ermənistan baş nazirinin boşboğaz və səriştəsiz olduğunu   hələ o İrəvan küçələrində  inqilab edəndə, xalqı birliyə çağıranda anlamışdım. Ermənistan prezidenti Armen Sarkisyanın boşboğaz və səriştəsiz, həmçinin yalançı, qeyri-ciddi olduğunu son zamanlar anlamışam. Mətbuat üçün cəmi –cümlətan  3-4 açıqlama verən prezident elə ilk açıqlamasından özünü təsdiq elədi. Ötən gün də  yenidən öz qeyri-obyektiv və əsassız açıqlamaları ilə gündəmə gəlib.


Sarkisyan ikinci Qarabağ müharibəsi və bu savaşda Azərbaycanın qələbəsi ilə bağlı fikirlərini bölüşüb və 44 günlük Qarabağ müharibəsində təkcə Azərbaycanla döyüşmədiklərini deyib.
O vurğulayıb ki, müharibədə Türkiyəyə məxsus pilotsuz uçuş aparatları və şəxsi heyəti də döyüş meydanında idi.
Hamımız gün kimi bilirik ki,  Ermənistan tərəfindən bu cür  açıqlamalar özləri özlərini sakitləşdirmək üçün verilir. Bu cür açıqlamalar Ermənistan cəmiyyətində guya “Türkiyə olmasa idi, Azərbaycan qalib gələ bilməzdi” kimi məntiqsiz fikir yaratmağa hesablanıb.
Maraqlıdır ki, Ermənistanda heç bir mətbu orqan ( nə dövlətyönümlü, nə müxalifət) prezidentə  “əlinizdə bu barədə müəyyən bir faktlar varmı?”-deyə sual ünvanlamadı. Çünki ünvanlasaydı, prezident oturduğu yerdəcə , sualın cavabından qaçış yolu axtararaq hətərən- pətərən vuracaqdı. Hətta çaşıb baş naziri kimi “Qarabağ Azərbaycandır!” da deyə bilərdi.  Azərbaycanın o vaxt ki, məğlubiyyətində əli olmuş 366-cı alayın  adının biz tərəfdə tez-tez hallandırmağımızdan özü üçün özünəməxsus şəkildə  çıxış yolu quraşdıran prezident Armenin"özünü müdafiə üçün " başqa çıxış yolu olmadığını da anlamalıyıq.

 Türkiyədən istənilən ölkə silah almaq hüququna malikdi... İçərisində PUA olmaq şərti ilə elə Azərbaycan da! Qaldı ki, Türkiyə hərbçilərinin "Qarabağda döyüşən şəxsi heyətinə" - şəhid olmuş bir türk əsgəri haqda məlumat ver,  adını çək, nəşini göstər...  Yalançı prezident... 

 

Azərbaycanın I Qarabağ müharibəsində məğlubiyyətinin ən başlıca səbəbi - 366

 

 Gəlin  Azərbaycanın  ermənilərə deyil, sovet hökümətindən Rusiyaya miras qalmış 366 –cı alayın, 622-ci əlahiddə kimya mübarizəsi taboru və Qarabağda dislokasiya olunmuş SSRİ hərbi hissələri və nəhayət muzdlu Pskov əsgərlərinə uduzduğunu onlara başa salaq!  
Rusiyanın Azərbaycan tarixinə öz adını qara hərflərlə yazan 366-cı motoatıcı alayı həm Xocalı, həm də Qaradağlı faciələrində (17.02.1992) iştirak edib. Məhz bu alay sayəsində ermənilər I Qarabağ müharibəsinin ilk illərində böyük uğur əldə etməyi bacarıb.
1987-ci ildən etibarən ermənilər çaxnaşmalar törətməyə başlayır. Tezliklə, erməni separatçıları Sovet ordusunun anbarlarına hücumlar təşkil edirlər. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, 1990-cı il yanvarı 1-indən 1992-ci ilin iyununadək.  Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum təşkil edilir. Bunun 130-u Ermənistanda, 164-ü Qarabağda qeydə alınır və hamısı ermənilərin payına düşür.

 


Sovet mənbələrinə görə, bu alay Qarabağda tam ştatla fəaliyyət göstərməyib. Əslində 1800 nəfər şəxsi heyətə sahib olan alayın tərkibində 1992-ci ilin fevralında 630 hərbçi vardı. Bunlardan da 129 nəfəri zabit və gizir, onlarınsa 49 nəfəri əslən erməni olan zabit idi.
1991-ci ildən etibarən alayda xidmət edən hərbçilərin böyük bir qisminə erməni hərbi birləşmələrinin tərəfində muzdlu olaraq döyüşmək təklif edilir. Alayın zabit və hərbçilərinin böyük bir qismi buna razılıq verir. 1992-ci ilin əvvəllərindən etibarən 366-cı motoatıcı alay faktiki olaraq 23-cü diviziya və Zaqafqaziya Hərbi Dairəsinin nəzarətindən çıxır. Bundan sonra onun qüvvəsindən müxtəlif işğallarda, o cümlədən fevralın 26-da Xocalı soyqırımının törədilməsində istifadə edilir.
Xocalıda mülki əhalinin qətliamı ilə birlikdə 366-cı alay 622-ci əlahiddə kimya mübarizəsi taboru və Qarabağda dislokasiya olunmuş SSRİ hərbi hissələri  döyüşüb və ermənilərə aşağıdakı sayda texnika və silah ərməğan edib. 

 

366-cı alay:

 

Tank -13 ədəd;
122 ədəd PDM və ZTR;
16 ədəd 100 mm-dən böyük çaplı artilleriya sistemi.

SSRİ Daxili Qoşunlarının 81-ci əməliyyat alayı:

10 ədəd ZTR;
967 ədəd atıcılıq silahı.

Hadrutda yerləşən 42-ci sərhəd dəstəsi:

10 ədəd ZTR;
500 atıcılıq silahı.

622-ci əlahiddə kimya müdafiəsi taboru (39828 saylı HH)

RPO (Reaktiv Piyada Odsaçanı) “Şmel”;
Kəşfiyyar döyüş maşını (BRM-1K);
Atıcılıq silahları.

Xocalının işğalından sonra 366-cı alayın münaqişə zonasından çıxarılması qərarı ilə Gəncədə yerləşən 104-cü hava desantları diviziyasının 328 və 345-ci Hava Desantları Alayları həyəcan siqnalı ilə qaldırılaraq əraziyə yeridilsə belə, ermənilərlə münaqişə nəticəsində hərbçilər arasında və texnikalarda itkilər qeydə alındı. 1 ədəd Mi-24 helikopteri bu döyüşlər zamanı itirildi. Bu zaman alayın 22 zabiti daxil olmaqla 180 hərbi qulluqçusu ermənilər tərəfə keçərək Xankəndində qaldılar.
  Həmin muzdlular da müharibənin sonuna qədər Qarabağda döyüşdülər.


  Daha bir fakt : Nevzorov

 


Rusiyanın ən məşhur telejurnalistlərindən biri olan Aleksandr Nevzorov vaxtilə, 1992-93-cü ildə Qarabağ müharibəsini işıqlandırmaq üçün cəbhə xəttində olub, hərbi əməliyyatların gedişini işıqlandırıb, əsgər və komandirlərlə görüşüb.
A.Nevzorov Qarabağ müharibəsi vaxtı Goranboydan material hazırladığı vaxtlardan danışarkən deyib: Orada dəhşətli bir cəhənnəm qarışıqlığı vardı. Yerdə təxminən 500 ölü əsgər sərilmişdi. Ermənilər hücuma keçmişdilər, hər şey titrəyir, uçub dağılırdı. Mən o dəhşətli yerə getmək istəyən  Vəzir Orucovu görəndə ondan soruşdum: "Dəlisən?". O cavab verdi: "Yaralılar ordadırlar". Və biz o tərəfə birlikdə getdik. Biz ora çatanda düşmənin azərbaycanlıları bu qədər tez necə məğlub edə bildiyi mənə aydın oldu. Məlum oldu ki, təkcə ermənilər yox, ermənilərin xeyrinə muzdla Pskov əsgərləri vuruşurlar azərbaycanlılara qarşı. Vəzirin maşını zərbə aldı, biz güllələrdən yayınmaq üçün aşağı əyildik. Elə orada Pskov paraşütçüləri məni tanıdı”

 Ordusunun 80 faizi darmadağın olan Ermənistan prezidentindən özünü “haqlı” çıxartmaq üçün bundan daha uyğun cümlə qurmaq iqtidarında olmadığını da görməmək mümkün deyil.

 Elə isə yaşasın bizi qalib edən Azərbaycan Ordusu! Yaşasın qalibiyyətə layiq Azərbaycan xalqı!

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK