adalet.az header logo
  • Bakı 29°C
18 Sentyabr 2021 11:08
927
DÜNYA
A- A+

Navalnını həbs etdirən hakim öldü

Rusiya müxalif lideri Aleksey Navalnı haqqında həbs qərarı çıxaran hakim Natalya Repnikova vəfat edib.

Adalet.az xəbər verir ki, bu məlumatı RBK agentliyi yayıb.

Qeyd edək ki, Repnikova Moskvanın Simonov Rayon Məhkəməsində 2011-ci ildən hakim postunu tutur.

Navalnı hazırda həbsdədir. Bununla bərabər onun Korrupsiya ilə Mübarizə Fondu xarici agent olaraq tanınıb.(axar.az)