adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Sentyabr 2021 17:37
843
MƏMLƏKƏT
A- A+

Çörək əvvəlki qiymətinə qaytarıldı

Azərbaycanda çörəyin qiymətini artıran şirkətlər sabahdan köhnə qiymətə qayıdacaqlar.

Bu barədə Oxu.Az-a “Nömrə 1” çörək firmasının satış müdiri Rahim Nizaməddinov məlumat verib.

O bildirib ki, çörəyin satış qiyməti aşağı salınıb.

“Bəzi çörəklərimiz 5, bəziləri isə 10 qəpik bahalaşmışdı. İndi biz onların qiymətini əvvəlki vəziyyətə qaytardıq”, - o bildirib.

Qeyd edək ki, son günlər ölkədə bəzi firmalar tərəfindən çörəyin qiyməti növündən asılı olaraq 5-10 qəpik artırılıb. Çörəyin qiymətində artım edən digər şirkətlər də sabahdan satışı əvvəlki qiymətlərlə həyata keçiriləcək.