adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Sentyabr 2021 12:02
1929
TEXNOLOGİYA
A- A+

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

Türkiyə ilk yerli kommunikasiya peykini kosmosa buraxacaq.

Adalet.az-ın məlumatına görə, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

O bildirib ki, "Türksat 6A" peykinin istehsalı və sınaqları Türkiyənin Kosmik Sistemlərin İnteqrasiya və Sınaq Mərkəzində aparılır.

Nazirin sözlərinə görə, sınaq müddətinin 2022-ci ilədək davam edəcəyi gözlənilir.

Peykin buraxılışının 2023-cü ilin ilk rübündə baş tutması planlaşdırılır. A.Karaismailoğlu "Türksat 6A"nın "SpaceX" şirkəti tərfindən buraxılacağını bildirib.