SON DƏQİQƏ:

Türkiyəyə məxsus yük maşınının "Respublika" meydanında nə işi var? - Bayrama hazırlaşan ermənilərdən reaksiya - VİDEO

  1077   |  
Şriftin ölçüsü  


Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə geniş müzakirələr gedir. 

Adalet.az xəbər verir ki, müzakirənin obyekti isə Ermənistanın paytaxtı İrəvan şəhərindəki baş meydanda - “Respublika meydanında Türkiyə avtomobilinin fotosunun sosial şəbəkədə paylaşılması olub. Təbii ki, dünyagörüşü, və siyasi baxışlarına görə insanlar bu hadisəni özlərinə məxsus şəkildə yorumlamağa çalışıblar. 
Sosial şəbəkələrin Azərbaycan seqmentində hadisəyə rəy bildirənlər əsasən “bozqurd” işarəsi qoymaqla, eyni zamanda Azərbaycan və Türkiyə bayraqlarını rəy bölümünə yerləşdirməklə fikirlərini ifadə ediblər.

Amma sosial şəbəkələrin erməni seqmentində vəziyyət xeyli fərqli şəkildə əks edilib. Yəni, ermənilərin çoxu bu tablonu gördükdən sonra böyük xəyal qırıqlığı yaşadıqlarını qeyd ediblər. Məsələyə münasibət bildirən ermənilərin çoxu “əli 1milyon 500 min erməninin qanına batmış türkləri” orda görməkdən heç də şad olmadıqlarını rəylərində yazıblar. 

 

Hətta mediamızın verdiyi məlumata görə Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan öz “Facebook” səhifəsində “Respublika meydanında Türkiyə avtomobilinin varlığı nədən xəbər verir?” deyə izləyicilərinə sual ünvanlayır.
 
”"Rəngarəng” bayrama hazırlıqların görüldüyü Respublika meydanında bir Türkiyə yük maşınının varlığı gözlənilən tədbirin birgə erməni-türk layihəsi olduğunu nümayiş etdirir.
Faktiki olaraq Türkiyədən müsbət siqnallar gəlməkdə davam edir” – deyə erməni məmur özü verdiyi sualı cavablandırır.

 


 
Qeyd edək ki, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə 44 günlük müharibədə ölən hərbçilərlə əlaqədar 21 sentyabrda Respublika meydanında tədbir keçiriləcək. Bu qərar respublikada ciddi narazılıqla qarşılanıb.
Beləki, 44 gün davam edən müharibədə ölən hərbçilərin valideynləri və yaxınları Nikol Paşinyanın sentyabrın 21-də Respublika Meydanında şən əhval –ruhiyyəli tədbir keçiriləcəyinə dair bəyanatından qəzəbləniblər. Onlar qeyd edir ki, çoxsaylı ailələr hələ də oğullarını axtarırkən, minlərlə uşaq hələ də ölmüş ataları üçün kədərlənirkən və Bakı həbsxanalarında məhbuslarımız varkən, səlahiyyətlilərin şənlik təşkil etməyə haqqı yoxdur.


Məlumat üçün bildirək ki, tədbirin qeyd ediləcəyi 21 sentyabr Beynəlxalq Sülh Gününə təsadüf edir  və bu  bütün dünyada qeyd olunan bayramdır.

Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK