adalet.az header logo
  • Bakı 12°C
15 Sentyabr 2021 13:41
1340
DÜNYA
A- A+

TALİBAN NİZAMİ ORDU YARADACAQ

Tolo News telekanalının yaydığı məlumatda bildirilir ki, "Taliban" yaxın gələcəkdə Əfqanıstanda nizami ordu yaratmaq məsələsinə baxır. Bu barədə taliban hökumətinin müdafiə nazirliyinin baş qərərgah rəisi Kari Fasixuddin bəyan edib.

Amerikan hərbi kontingentinin Əfqanıstanı tərk etməsi fonunda hakimiyyəti ələ alan "Taliban" hərəkatı, ölkə ərazisində bitün şəhər və kəndləri nəzarətə aldıqdan sonra, müharibənin başa çatdığını elan etdi. Bundan sonra sentyabr ayının əvvəllərində yeni hökumətin üzvülərini təqdim etdi.

Dünyanın əksər ölkələrində terror qrupu kimi tanınan "Taliban" hökumətini hələki heç bir ölkə rəsmi tanımasa da, ehtiyacı olan insanlara humanitar yardımların göstərilməsi məqsədilə  taliblərlə danışıqlar aparılmasının mümkün olduğu bildirilir. Taliblərin özləri də bu danışıqların aparılmasının vacibliyini təsdiq edirlər.

Rüstəm Hacıyev

Tərcümə şöbəsi