SON DƏQİQƏ:

“Taliban” Əfqanıstanda qadınların işləmək qaydalarını açıqladı

  190   |  
Şriftin ölçüsü  

Əfqanıstanlı qadınlar kişilərlə birlikdə işləməməlidir. Bu barədə taliblərin yüksək rütbəli  komandiri Vahidulla Haşimi bəyan edib.

Beləliklə, Əfqanıstandakı qadınlar dövlət idarələrində, banklarda, mediada, əksər şirkətlərdə işləmək imkanından məhrum olacaq.

Haşiminin sözlərinə görə, hərəkat Qərbin etirazına baxmayaraq şəriət və İslam qanunları ilə bağlı baxışlarını tam şəkildə yerinə yetirməyə qərar verib.

“Zərif cinsin nümayəndələri yalnız kişilərin olmadığı yerdə işləyə biləcək”, - deyə o, bildirib.

Haşimi, evdən kənarda qadınlarla kişi arasında əlaqələrin həkimə getmək kimi müəyyən şərtlərdə icazə veriləcəyini əlavə edib.

“Əlbəttə ki, qadınlara ehtiyacımız var, məsələn, tibbdə, təhsildə. Onlar üçün ayrıca müəssisələrimiz, xəstəxanalarımız, bəlkə də universitetlərimiz, məktəblərimiz, mədrəsələrimiz olacaq”, - deyə o, əlavə edib.

 
“Reuters”

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK