SON DƏQİQƏ:

Osmanlı şahlarının sikkələrində nə yazılırdı?

  323   |  
Şriftin ölçüsü  

Osmanlı zamanı taxta oturan padşahın ilk işi öz adına sikkə kəsdirmək olurdu. Bu, hökmdarlığın simvolu idi.

Osman Qazidən etibarən bütün sikkələr gümüş idisə, Fateh Sultan Mehmet taxta oturan kimi ilk qızıl sikkəni kəsdirən hökmdar oldu.

Ön üzündə “darib'ün nadri sahib-ül-izzi vennasri, filberri velbahri” yazılmışdı. Yəni izzət sahibi, qurunun və dənizlərin hakimi.

Arxa üzündə isə “Sultan Mehmed bin Murad Han azze nasrahü duribe fi Konstantiniyye, il 882” yazılmışdı. Yəni bu sikkə Murad xanın oğlu əziz Sultan Mehmet tərəfindən 882-ci ildə Konstantiniyyədə hazırlatdırılıb.

Yavuz Sulatan Səlimin sikkəsində “sultan” xitabı ilə yanaşı “şah” xitabı da yer alırdı. Misir səfərindən sonra “hadim ül Haremeyn'üş şerefeyn” ibarəsindən istifadə etməyə başladı. Hicazdakı müqəddəs torpaqların hamisi, “Məkkə və Mədinənin xidmətkarı” mənasını daşıyırdı.

Qanuni Sultan Süleymanın sikkəsində eynilə atası Yavus Sultan Səlim kimi “şah” ünvanı vardı. Ayrıca iki qurunun və iki dənizin sultanı, Məkkə və Mədinənin xidmət əri yazılmışdı.

Padşahların sikkələri sarayda pərvanə olan “yaltaqlar” tərəfindən hazırlanırdı. “Qalibiyyətləri daimi olsun”, “Uca səltənətin qüdrətli xaqanı”, “Dünyanın ulu sahibi”, “Ömrü uzun olsun” kimi pəh-pəhli bənzətmələr.

13 yaşında taxta oturan padşahlardan I Əhmədin sikkəsində “hullide mülkehu” yazılırdı, yəni mülkü daimi olsun. Amma hələ 27 yaşı tamam olmamış basdırdılar.

İldırım Bəyazidin sikkəsində “xan” ibarəsi vardı.

“Sultan” sözü ilk dəfə Çələbi Mehmedin sikkəsində istifadə olundu.

Sultan Əbdülməcid zərif adam idi, sikkəsində gül qönçələri var idi, imzası ulduz və çiçəklərlə əhatələnmişdi, romantik bir sikkə idi.

Sultan Əbdülhəmidin sikkəsində “əl qazi” yazılmışdı, bu xitabı istifadə edə bilməsi üçün dövrün şeyxülislamından fətva almışdı.

Vəhdəttinin sikkəsi lap həngamə idi. "El-müstenidu bi-tevfik-ti'r Rabbaniyyeti Meliki'd Devleti'l Osmaniyyeti” yazdırmışdı. Yəni ilahi yardımlara söykənən Osmanlı dövlətinin məliki, hökmdarı.

Nəticədə isə ilahi yardım aldığı ingilislərin gəmisinə minib qaçmışdı.

 

Eminquey

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK