adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BAĞIŞLA - Əbülfət MƏDƏTOĞLU ("Bir qadına..." silsiləsindən)

ƏBÜLFƏT MƏDƏTOĞLU
1521 | 2021-08-27 12:16

Dan üzüdü, şehli güldü, bir də mən

Baş-başayıq - danışırıq baxışla...

Ziyarətçi sayılıram pirdə mən -

Sirri açdım, dözəmmədim, bağışla!

Diqqət çəkir yanağında parlayan

Təbəssümdü dodağında xarlayan...

Bu da mənəm- hər anıma qarlayan -

Tənhalıqdı, gəzirəm bu naxışla...

Zaman üçün unudulmuş qəsirəm

Tamlıqların sonundakı kəsirəm...

Bir Allaha, bir də Sənə əsirəm -

Fərq etmir heç xatirələr yağışla...

Çırpıntılar tək ürəyin səsimi?

Bacarırsan, çək ürəyim, səsimi!

Elə lək-lək ürəyiimi, səsimi -

Hər an üçün hecaya böl - ba.- ğış - la!

TƏQVİM / ARXİV