adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Avqust 2021 15:40
1424
İDMAN
A- A+

Kriştianu Ronaldo Bakıya gələcək: Sentyabrda...

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya, Azərbaycan və Qətərlə yoldaşlı oyunları üçün heyəti bəlli olub.

Adalet.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş heyətə 24 oyunçu daxil edib.

Onların arasında İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldo da var.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.