adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
07 Avqust 2021 14:11
34662
İDMAN
A- A+

Bu gün biri qızıl medalımız gələ bilər

Tokio 2020 Yay Olimpiya Oyunları davam edir. "Adalet.az" xəbər verir ki, güləş yarışlarının sonuncu günündə üç təmsilçimiz medallar uğrunda mübarizə aparacaq.

Üçqat dünya, üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) karyerasının ən önəmli final qarşılaşmasına çıxacaq.

Əvvəlki mərhələlərdə müvafiq olaraq Adama Diyatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan) və Bayranq Puniyanı (Hindistan) yolundan uzaqlaşdıran 30 yaşlı pəhləvanımızı Olimpiya çempionluğu uğrunda ev sahibi Takuto Otoquro ilə gərgin mübarizə gözləyir. 

Son olaraq isə qadın güləşçimiz Mariya Stadnik (50 kq) xalça üzərinə çıxacaq.

Olimpiadanın 1/8 finalında Rusiya Olimpiya Komitəsinin nümayəndəsi Stalvira Orşuşu, 1/4-də tunisli Sarra Hamdini məğlub etsə də, yarımfinalda yaponiyalı Yui Susakiyə uduzan Stadnik Tsoqt Oçir Namuntsetseeq (Monqolustan) - Lusiya Yepes (Ekvador) cütünün qalibi ilə "bürünc" uğrunda mübarizə aparacaq.

 

Pekin 2008-in bürünc, London 2012 və Rio 2016-nın gümüş mükafatını qazanan 33 yaşlı güləşçimiz görüşdən qalib ayrılsa, Azərbaycan idmanı tarixində yeganə dördqat Olimpiya mükafatçısı olacaq.

Medallar uğrunda qarşılaşmalara təxminən 14:30-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan güləş yarışlarına 7 idmançı ilə qatılıb. Çıxışını başa vuran 4 təmsilçimizdən yalnız Rafiq Hüseynov fərqlənib. Yunan-Roma güləşçisi Olimpiya Oyunlarının bürünc medalını qazanıb.