adalet.az header logo
  • Bakı 7°C
04 Avqust 2021 17:16
16778
MƏMLƏKƏT
A- A+

Ağsuda toy təşkilatçısı cərimələnib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon sakini Şamil Bəşirova məxsus evin həyətyanı sahəsində keçirilən toy məclisində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Polis əməkdaşları toyu təşkil edən şəxslərlə profilaktik söhbət aparıb, pandemiya dövrünün tələblərini onların diqqətinə çatdırıblar.

Ev sahibi Ş.Bəşirov barəsində isə qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.