adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyul 2021 23:13
38567
İDMAN
A- A+

"Qarabağ" Konfrans Liqasında növbəti mərhələdə

İsraildə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Aşdod" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Adalet.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə daxil olacaq:

"Aşdod": 1. Yoav Cerafi, 3. Gil Kohen, 5. Nenad Cvetkoviç, 6. Abu Akal, 10. Mussa Baqayoko, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken, 23. Martin Raynov, 26. Abdul Zakariya Muges, 77. Yakov Brihon, 99. Oz Bilevi

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə hesab açılmayıb.

***

"Aşdod" - "Qarabağ" matçı başlayıb. Matçın 6-cı dəqiqəsində Ozobiç təmsilçimizi hesabda irəli çıxarıb.

***

"Qarabağ" İsraildə "Aşdod"a 1-0 qalib gələrək Konfrans Liqasında növbəti mərhələyə yüksəldi.