SON DƏQİQƏ:

Müslüm babanın bir sillə ilə başlayan sevgisi

  69838   |  
Şriftin ölçüsü  

O, hələ tanınmamış arabesk mahnılar oxuyan sənətçi idi. Muhterem Nur isə çoxdan məşhur olmuş aktrisa idi. Platonik də olsa, sevgi sevgidir. Bəlkə özü də bu sevginin mümkünsüzlüyünü dərk edirdi, amma ümidlər sonda ölür axı. İllər keçdikcə dünyanın çərxi bu iki ayrı dünyanın adamı üçün dönməyə başlamışdı. Muhterem Nur Yeşilçam filmlərində çox vaxt əzilən qadın obrazlarını canlandıran, tamaşaçıları ağlatmağı, sarı simə toxunmağı bacaran aktrisalardan biri idi. Müslüm baba isə həyatın ağrılarını sazıyla, sözüylə çatdırmağa çalışan biri.

Dünyanın çərxi elə dövr elədi ki, Muhterem Nur pilləkənlərdən aşağı, Müslüm baba isə sürətlə yuxarı qalxmağa başladı. Nur dolanışığını təmin etmək üçün kazinolarda oxuyur, rəqqasəlik edir,Müslüm baba isə heyranlarının sayını get-getə artırırdı. O, artıq Türkiyədə məşhur arabeskçi kimi konsertlər verir, Nur isə ouxyanın kim olmasını bilməsə də, onun mahnılarını dinləyirdi. Nur 40 yaşında, Müslüm isə 20 yaşında idi.

1982-ci il günlərin bir günü Malatyadakı kazinoların birində bu iki insanın yolları kəsişir. Müslüm əslində bu iş təklifini qəbul etməyəcəkdi, amma Muhterem Nurun da bu kazinoda işlədiyini bilib bu təklifdən necə imtina edə bilərdi? Bu, Müslümün yuxusu idi, çin olacaqdı. İllərdir heyran olduğu, hətta platonik sevgi yaşadığı qadınla eyni kazinoda, eyni səhnəni bölüçəcəkdi. Əvvəlcə Muhterem Nur səhnəyə çıxacaqdı, amma o, bu durumdan məmnun deyildi, axı o assolist idi, səhnəyə ən sonda çıxırdı. Nur səhnəyə çıxıb Müslüm babanın inadına onun mahnısı oxuyan zaman aləm bir-birinə dəyir. Onlar səhnədə mübahisəyə başlayırlar. Müslüm Gursəs özündən çıxır və Muhterem Nura sillə vurur. “Büyük aşklar kavgayla başlar” deyimi burada əyani olaraq özünü sübut edirdi.

Nur bu hadisədən sonra Malatyadan getmək qərarına gəlir. Oteldən çıxarkən saz səsi eşidilir. O, səsə doğru gedir və səsin gəldiyi yeri tapır. Qapını aralayanda Müslüm babanı çarpayının üstündə saz çalıb türkü oxuyarkən görür. Bu, onların ikinci qarşılaşması idi, amma bu dəfə nə musiqiçilər var idi, nə də tamaşaçılar. Yalnız ikisi. Müslüm baba Nuru görən kimi təəccüblənir, sonra pərişanlığını dilə gətirir, üzr istəyir. Bu üzr böyük bir sevginin başlanğıcı olur. O gündən sonra əvvəlcə dost, sonra isə sevgili olurlar. Biri xəyallarındakı qadına qovuşur, o biri isə ona bu həyatda ən çox dəyər verən kişiyə.

Fəqət iki məşhur insanın sevgili qalması olduqca çətin idi. Evli olmadıqları üçün otellərdə eyni otaqlarda belə qalmırdılar. Bir gün Muhterem Nur Müslüm babanın yanına gəlir, hər şeydən bezmiş halda, sakitcə ona evlilik təklif edir. Bir əlində çay, bir əlində də siqaret Müslüm baba əvvəlcə susur, sonra bu sütutu ona yaraşan tərzdə “niyə də olmasın?” deyərək pozur.

Onlar Beykozda evlənirlər. Otuz ilə yaxın birlikdə yaşayırlar. İkisi də yoxsulluqdan çıxmışdılar. Həyatın bütün çətinliklərini birgə aşdılar. Aralarındakı sevgini nə yaş fərqi, nə mədəniyyət fərqi, nə də başqa bir şey əngəlləyə bildi.

Uşaqları olmadıqları üçün Müslüm baba Nurun yanında uşaqlarla oynamırdı, onlara sevgisini göstərmirdi.

2012-ci ildə Müslüm baba ağciyər və ürək çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirirlir. Onun sevgisi Muhterem Nur yenə də onun yanında idi. Bir gün ilk dəfə evlilik təklifini necə etmişdisə, eynilə bu dəfə də o cəsarətlə Müslüm babanın yanına gəlir. Müslüm həmişə sevgisini sözlə yox, davranışları ilə göstərirdi. Nurun isə haqqı idi ki, ömründə bir yol necə ki özü sevgisini dilə gətirirdi, Müslümdən də bircə dəfə hisslərini sözə çevirməsini istəyirdi.

Müslüm ona yorğun-yorğun baxır və ömründə ilk dəfə Muhterem Nura deyir:

- Səni sevməsəm bu illər boyunca səninlə birgə olardımmı? Bax, gözlərimi sənin açdım, səninlə də bağlayıram…

 

Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK