adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Iyul 2021 14:11
76210
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni kitab

Tanınmış şair, publisist Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı nəşr olunub.  “Dörd divar...Allah, O və mən...” adlı kitab Adiloğlu nəşriyyatında çap olunub.

500 nüsxəylə nəşr olunan kitabın redaktoru Fəridə Rəhimlidir.

Kitabda toplanan şeirlər müəllifin son dövr yaradıcılığının məhsuludur. Əsasən vətən, sevgi və təbii ki, insani duyğuların ifadəsidir. Oxucuların yolunu gözləyən bu kitabı tezliklə kitab satış məntəqələrindən ala bilərlər.

Qeyd edək ki, Əbülfət Mədətoğlu Respublikanın əməkdar jurnalistidir. Şeir və kitabları Türkiyədə, İranda, Rusiyada çap olunub.

 

Emin