SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: Erməni «problemi»nin mahiyyəti özündədir

  50749   |  
Şriftin ölçüsü  

Dünyada baş verən siyasi proseslər bu və ya digər formada Azərbaycan adlı məmləkət üçün də önəmlidir.  Yəni, ölkəmizin son illərdəki uğurlu iqtisadi, siyasi fəaliyyəti, üstünlüyü təkcə bizim üçün deyil, həm də böyük anlamda dünya üçün önəm kəsb edir. Bu mənada 30 illik Ermənistan-Azərbaycan qarşıdurması onun məna və mahiyyəti sonda 44 günlük Zəfər müharibəsi və nəhayət, Ermənistandakı son seçkilər göstərir ki, siyasi proseslərdə nə qədər ikili standartlar önəmli olsa da, həqiqət, ədalət bu və ya digər formada ortaya çıxır. Və bu mənada bizim üçün ən zəruri və bəlkə də ən gerçək olanı haqqın ifadə olunması, ədalətin tanınmasıdır. Söhbət burda  Azərbaycan gerçəkliyindən, Azərbaycan tarixindən və Azərbaycanın ərazi bütövlüyündən gedir.

Məlum olduğu kimi, 1988-ci ilin fevralından başlayaraq Sovet dönəminin bir ailəsində yaşayan iki qonşu o vaxtın terminləri ilə ifadə etsək, iki qardaş respublikanın arasında münaqişə yarandı. Əslində bu, münaqişə yox, bu zaman-zaman həm siyasətin alt qatında, həm də həyatın özünün pərdələnmiş tərəfində yaşanan bir gerçəklik idi. Yəni, ermənilərin böyük Ermənistan iddiası və bu iddianı da Türkiyənin, Azərbaycanın hesabına gerçəkləşdirmək istəyi bir tarixi proses olaraq həmişə ayrı-ayrı zamanlarda, ayrı-ayrı formalarda gündəmə gətirilib. Bir az da dəqiq ifadə etsək, ermənilər həmişə yaranmış uyğun şəraitdən istifadə edərək öz torpaq iddialarını sərgiləyiblər. Onların başlıca məqsədləri məqamdan istifadə etmək, şəraitdən yararlanmaq olubdur. Bu mənada ötən əsrin əvvəllərində də ermənilər həmin iddiaları ilə Azərbaycan ərazilərində qırğınlar törətmiş və bu qırğınların da pərdələnməsində rus şovinizmindən yararlanmışdılar. Heç də təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatının böyük simalarından olan Cəfər Cabbarlı özünün «1905-ci ildə» əsərində bu mövzuya kifayət qədər böyük önəm verərək faktı bir sözlə, bir fikirlə ifadə etmişdir. Həmin əsərə diqqət yetirsəniz, onda məlum olar ki, böyük Cəfər Cabbarlının söylədiyi məntiq bu gün də qüvvəsində qalır. Yəni «atan kazaklardı».

Bəli, bu gün də Cənubi Qafqazda baş verən proseslərin məna və məzmununda bir iz qalır. O da Rusiyanın dünənki, bugünkü və gözlənilən sabahkı yanaşmasıdı. Sevindirici haldır ki, bölgədə baş verən proseslərə demokratik yanaşma, gerçəkliyi qəbul edib onu müdafiə etmək və həm də reallıqla üst-üstə düşən qərarlar vermək artıq normaya çevrilib. Belə ki, Cənubi Qafqazın bir qaynar nöqtə olması həm Rusiyanın, həm də bütövlükdə dünyanı narahat edən məsələlərdən olduğu üçün problemin çözümünə geniş aspektdə yanaşmaq istəyi öz təsdiqini tapdı. Nəticədə Azərbaycan 30 illik probleminin, daha doğrusu, 30 il ərzində işğal altında olan torpaqların azad edilməsi məsələsini silahlı qüvvələr hesabına çözmək haqqından istifadə etdi.

Məlum olduğu kimi Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bütün görüşlərində, çıxışlarında, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə olan söhbətində təkrar-təkrar vurğulamışdı ki, «Biz problemin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bizim üçün ən vacib olanı ərazi bütövlüyümüzü təmin etmək, qaçqınlarımızı öz dədə-baba yurdlarına qaytarmaqdır. Göründüyü kimi, 44 günlük müharibə və bu müharibədəki zəfər sübut etdi ki, bizim hüdudsuz olmayan səbrimiz artıq daşdı və səbir kasasının daşması da böyük Zəfəri təmin etdi. Bu Zəfərin də təntənəsini Şuşada, Xarı Bülbül Festivalında bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin birgə qələbə paradında, Şuşa atəşfəşanlığında izlədik, gördük. Deməli, bölgədə baş verən proseslərin bütün mahiyyəti məhz həmin Zəfərlə öz təsdiqini tapdı. İstər beynəlxalq aləm, istər regiondakı güclər birmənalı şəkildə qəbul etdilər ki, Azərbaycan xalqı, eləcə də onun Ali Baş Komandanı illərlə davam edən işğalla barışmaq niyyətində olmayıb və bu işğala da cavab vermək haqqını, gücünü özündə zaman-zaman qoruyub saxlayıb.

Sevindirici haldır ki, istər dünya mediası, istərsə də zaman-zaman öz ermənipərəst mövqeyi ilə seçilən ekran, efir, yazılı media təmsilçiləri sonda gerçəyi görmək məcburiyyətini qəbul etdilər. Çünki yerlə-yeksan olunmuş, dağıdılmış Ağdam, Füzuli və digər rayonların real mənzərəsi onları gerçəyi deməyə məcbur etdi. Hələ dünyanın heç bir nöqtəsində insanlığa qarşı bu cür cinayətlərin törədilməsi və o cinayətlərə də dünyanın göz yumması barədə bilgi yoxdur. Amma erməni faşizmi özünün əməlləri ilə bəlli cinayətlərə yeni səhifələr yazdı. Və prosesin də bu cür davam edəcəyinə erməni əminliyi hakim oldu. İşğalçı tərəf ordusu ilə bağlı yaratdığı mifi və Ermənistanın məğlubedilməz olduğunu bütün formalarda nümayiş etdirməsi Azərbaycan əsgərinin 44 günlük şücaəti ilə məhv edildi. Erməni qəhrəmanlığı sabun köpüyü kimi əridi. Yaradılmış mif təkcə yaddaşlardan yox, tarixdən də silindi.

Bu gün bütün dünyanın gözləri qarşısında baş verən real gerçəkliklər var və o gerçəkliklərdən biri də Azərbaycanın ərazi bütövlüyüdü. Zaman-zaman, bir az da dəqiq ifadə etsək, 1988-ci ildən başlayaraq Azərbaycan Sovet Respublikasının, ondan öncə  isə Azərbaycan xanlıqlarının ərazisinə iddialı olan ermənilər törətdikləri qırğınlarla, apardıqları təbliğatla və nəhayət, türkə, türk soykökünə qarşı tutduqları mövqe ilə dünyanın bəlli gerçəkliklərinə öz siyasətlərini daxil etmək, qatmaq istəyiblər. Bununla da onlar öz məramlarını pərdələmək və yalançı gerçəklik yaratmaq niyyətlərini ortaya qoyublar. Etiraf etmək lazımdır ki, erməni siyasəti və bu siyasəti tirajlayan həm də məqsədli şəkildə tirajlayan güclər müəyyən zaman kəsiyində ayrı-ayrı istəklərini gerçəkləşdirə biliblər. Ona görə də yalançı erməni soyqırımı fikri dünyanın müəyyən nöqtələrində tanınıb, qəbul olunubdu. Əslində isə törədilən soyqırım bizlərə, türklərə qarşı yönəlibdi. Özü də təkcə Azərbaycan ərazisində deyil, dünyanın bir çox ölkəsində bu soyqırım gerçəkləşdirilib. Ermənilərin xüsusilə ASALANIN  türk səfirliklərinə qarşı gerçəkləşdirdikləri terror aktları dediyimizə real sübutdur. Eləcə də, həm Sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycan ərazisində törədilən təxribatlar, terrorlar erməni istəyinin mahiyyətini açıq göstərir.

Son vaxtlar gerçəklə razılaşmayan və sərhədlərimizdə təxribatlar törətməyə cəhd edən ermənilər dəmir yumruğun mövcudluğunu, Azərbaycan ordusunun gücünü bir anlıq unutmağa meyillidi. Amma Ali Baş Komandanımız cənab İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycan istənilən təxribata vaxtında və yerində cavab vermək gücündədi. Bizim bir məramımız, bir məqsədimiz var. O da sərhədlərimizin bərpası, ərazi bütövlüyümüz və nəhayət, Azərbaycanın böyük iqtisadi inkişafıdır. Bunun üçün də vacib olan addımlar atılır. Həm ölkə daxilində, həm də regionda geo-siyasi vəziyyətin müsbət istiqamətdə dəyişməsinə nail olunur. Xüsusilə, bu bölgədəki infrastruktur, Zəngilan dəhlizinin açılması təkcə Azərbaycanın deyil, həm də ipək yolu üzərində olan dövlətlərin Türkiyəyə dəmir yolu ilə çıxışı məsələləri bu gün reallaşmaq üzrədir.

 Bu gün Azərbaycan-Ermənistan problemləri əslində daha çox ermənilərin öz problemləri deməkdir. Yəni, gerçəkliyi qəbul etməyən, onu anlamaq istəməyənlərin özləri özləri üçün problemlər yaradırlar. Bütün hallarda haqq və ədalət gerçəkliyin yanındadı. Bu gerçək isə Azərbaycandır!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK