adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
10 Iyul 2021 12:54
41827
İDMAN
A- A+

Qarabağ 1,5 milyona hücumçu aldı

“Qarabağ” futbol klubu Portuqaliyanın "Vitoriya" klubunun hücumçusu Abdul-Aziz Yakubunun keçidini tamamlayıb.

Trend-in əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi 22 yaşlı hücumçunun transferinə 1,5 milyon manat ödəyib. Hücumçu klubla 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 22 yaşlı hücumçu ötən mövsümü icarə əsasında Portuqaliyanın "Eştoril" klubuna keçirib. Yakubu 28 oyunda 12 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində pay sahibi olub.