adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Iyul 2021 08:58
38548
İDMAN
A- A+

“Qızıl Top”a namizədlərin siyahısı yenilənib

Goal.com saytı 2021-ci ilin yekunlarına əsasən “Qızıl Top”a namizədlərin siyahısını yeniləyib.

Argentina millisi və “Barselona”nın hücumçusu Lionel Messi öncəki reytinqdəki 5-ci mövqeyindən liderliyə yüksəlib.

Fransa yığması və “Çelsi” klubunun yarımmüdafiəçisi Nqolo Kante isə zirvədəki yerini itirib. Yeni siyahıda o, ilk üçlüyü qapayır.

Siyahının ikinci pilləsində Robert Levandovski (Polşa, “Bavariya”) dayanır. Onu Romelu Lukaku (Belçika, “İnter”) və Kilian Mbappe (Fransa, PSJ) izləyir.

Portuqaliya yığması və “Yuventus”un hücumçusu Kriştianu Ronaldu isə reytinqdə 7-ci pillədə qərarlaşıb.