SON DƏQİQƏ:

Ötən il müsabiqəyə ən çox iş yeri bu nazirlik tərəfindən təqdim edilib

  45046   |  
Şriftin ölçüsü  

Ötən il dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən (435 vəzifə) təqdim edilib.

Adalet.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, ən çox müraciət isə Təhsil Nazirliyi (2840 müraciət) üzrə qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş 42 vəzifə üzrə 1033, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş 435 vəzifə üzrə isə 500 müraciət qeydə alınıb.

Onun sözlərinə görə, bir vəzifələrə düşən müraciət sayına görə (müraciət sayı – vəzifə sayı) mərkəzi icra hakimiyyəti orqanları arasında Əqli Mülkiyyət Agentliyi (42 müraciət), Maliyyə Nazirliyi (35 müraciət), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (25 müraciət), Dövlət Statistika Komitəsi (21 müraciət) üzrə, məhkəmə orqanları arasında isə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi (63 müraciət), Gəncə Ağır Cinayətlər Məhkəməsi (26 müraciət), Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi (22 müraciət) üzrə daha yüksək göstəricilər qeydə alınıb. Elana çıxarılmış 27 (1,95%) vəzifəyə isə namizədlər tərəfindən heç bir müraciət qeydə alınmayıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK