adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
21 Iyun 2021 12:29
14746
ANALİZ
A- A+

PAŞİNYAN MÜHARİBƏNİ UDUZDU, SEÇKİLƏRDƏ QALİB GƏLDİ

"Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş razılaşması" partiyası Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlir. 2008 seçki məntəqəsinin ilkin nəticələrinə görə onun partiyası seçicilərin 53, 92% səsini ala bilib. Xocalı qətliamının qatili Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku ilkin nəticələrə görə 21.4% səs toplaya bilib. 20 iyunda keçirilən növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edirdi. Ciddi qarşıdurmalarla keçirilən seçkilərdə əsas mübarizə hazırki baş nazir Nikol Paşinyanla, eks prezident, Qarabağ klanının nümayəndəsi Robert Köçəryanın rəhbərlik etdiyi blokun arasında gedirdi. Daha bir Xocalı qətliamının qatili, Ermənistanın keçmiş prezidenti Serj Sarqisyanın bloku 5.23% səs toplayır. Parlamentə düşmək üçün bloklara 7 faizlik səddi keçmək lazım idi. Görünən odur ki, Xocalı qatilinin bloku parlamentdən kənarda qalacaq. Biznesmen Qaqiq Saturyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyası 3.96 % səs toplayaraq 3-cü pillədə yer tutur. Lakin partiyalar üçün parlamentə keçid səddi 5 % olduğundan onun partiyasının da parlamentdən kənarda qalacağı gözlənilir. 44 günlük müharibədən acı məğlubiyyətlə çıxan Paşinyan hakimiyyəti ötən üç il ərzində nüfuzunu itirsədə, müharibə tərəfdarları olan üç eks prezidentlərə - Ter-Petrosyan, Sərqisyan və Koçaryan üçlüyünə qalib gələ bildi. Bəzi insidentləri nəzərə almasaq, hələki ermənistanda seçkisonrası nisbi sakitlikdi. Mərkəzi seçki komissiyası rəsmi olaraq seçkilərin nəticələrini elan etməyib. Bəzi partiyalar hələ də nəyəsə ümüd edirlər. Robert Köçəryan seçkilərin nəticələrinin şübhə altında olduğunu bəyan edib. O, bildirib ki, seçkilərin nəticələri son 8 ayda ölkədə baş verənlərlə, keçirilən sosioloji sorğuların nəticələri ilə, beynəlxalq ictimayyətin rəyləri ilə və nəhayət sağlam düşüncələrlə üst-üstə düşmür. Xocalı qatili sadəcə bir şeyi başa düşmür ki, erməni xalqı Paşinyan hakimiyyətindən razı olmasalar da, müharibə tərəfdarlarının yenidən hakimiyyətiə gəlməsini istəmirlər. Necə deyərlər "təpələrinə dəyən çomağın nisbətən naziyini" seçidilər.

 

Rüstəm Hacıyev

Digər Xəbərlər