adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 May 2021 17:10
22683
HÜQUQ
A- A+

Məhkəmə Sedat Peker barəsində həbs qərarı çıxardı

Ankara İkinci Cəza Məhkəməsi mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Sedat Peker barəsində həbs qərarı çıxarıb.

Adalet.az “Hürriyet”ə istinadən xəbər verir ki, qərar Ankara Baş Prokurorluğunun təqdimatı əsasında qəbul olunub.

Türkiyənin beynəlxalq axtarışa verdiyi S.Peker xaricə qaçıb, buna görə də məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Qeyd edək ki, Peker hazırda Mərakeşdədir.