adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 May 2021 11:00
27294
HADİSƏ
A- A+

Xırdalanda yanğın baş verdi - YENİLƏNİB

Abşeronda baş verən yanğın söndürülüb.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

10:22

Abşeronda yanğın hadisəsi baş verib.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xirdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.