adalet.az header logo
  • Bakı 19°C
15 Aprel 2021 10:25
23122
MƏMLƏKƏT
A- A+

DİN texniki baxışla bağlı "qaynar xətt" yaratdı

Daxili İşlər Nazirliyi ölkədə nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı qaynar xcətt yaradıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, 012 511 08 40 nömrəli qaynar xətt sürücülərin bu məsələ ilə bağlı suallarını cavablandırmaq üçündür:

"Məqsəd sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsidir. İstənilən sürücü bu nömrəyə zəng vurmaqla lazım olan məlumatları ala bilər".