adalet.az header logo
  • Bakı 17°C
12 Aprel 2021 14:32
30599
GÜNDƏM
A- A+

SÜLHMƏRAMLILAR KƏRKİCAHANI NƏ VAXT BƏRPA EDƏCƏKLƏR?

Bilməyənlər üçün deyim, Kərkicahanla Xankəndi bitişikdi. Aralarından bir yol keçirdi, yolun  altında Xankəndiydi, üstündə Kərkicahan.

Cılxa Azərbaycan kəndi idi, 5 mindən çox da əhalisi vardı.

Ermənilər həmin kəndi yandırdılar, nə qədər də sakinini qətlə yetirdilər. Onu da  deyim ki, Kərkicahan uzun müddət ermənilərə  can vermədi. Axıradək dör-dör döyüşdü. Təəssüf ki, arxalarında duran, kömək göndərən olmadı.

İndi baxıram, demək olar ki, hər gün sülhməramlılar yuxarı Qarabağa dayanmadan tikinti  materialları  daşıyırlar və ermənilərin guya dağılmış evlərini  bərpa etmək üçün. Əslində bu faktdır ki, biz ermənilərin dinc əhalisinin  yaşadığı şəhər və kəndlərə  heç  bir raket zərbəsi  vurmamışıq. Çünki  biz erməni  deyilik. Biz türkük, azərbaycanlıyıq!

Daşınan  tikinti  materialları ilə azərbaycanlıların yaşadığı  kənd və qəsəbələrdə  sülhməramlılar yeni qəsəbələr salır, evlər tikir, məktəb tikir ki, biz ora qayıtmayaq.

Filan yerinizlə göyə çıxsanız da, biz öz doğma kənd və qəsəbələrimizə qayıdacağıq.

Elə sülhməramlısınızsa, Xankəndinin  başı üstündəki Kərkicahanda niyə bərpa işləri  aparmırsınız?