SON DƏQİQƏ:

Nicat NOVRUZOĞLU: GÜRCÜLƏR, ERMƏNİLƏR, AZƏRBAYCANLILAR…

  59959   |  
Şriftin ölçüsü  

Bir gün rus elitası  bir məclisdə Stalinə sual verir ki, necə olur ki, rus xalqı ac-yalavac yaşayır, amma gürcülər, ermənilər, azərbaycanlılar kefi kök.

Stalinin  kefinin kök  vaxtına düşür, deyir indi izah edərəm.

Tapşırır böyük bir  sinidə plov gətirirlər.

- Uzunluğu bir metr olan  üç qaşıq da düzəldib gətirin.

Əmr yerinə  yetirilir.  Qaşıqları da gətirirlər.

Verir ruslara, deyir indi bu plovdan yeyin.  Nə qədər edirlər təbii ki, yeyə bilmirlər, plov tökülür yerə.

Deyir, indi qalxın və məclisdəki gürcünü, azərbaycanlını və ermənini oturdurur  sininin yanında, qaşığı da verir onlara və deyir, yeyin.

Bir-birlərinə baxırlar, o qaşıqla  yemək mümkün deyil.

Azərbaycanlı  qaşığı plovla  doldurub uzadır  erməniyə:

- Kirvə, bir dad  görüm.

Erməni plovdan dadır, öz qaşığını da doldurub uzadır  gürcüyə:

- Qatso, nuş olsun.

Gürcü də onlar kimi əlindəki  qaşığı  plovla doldurub uzadır  azərbaycanlıya:

- Bico, sənin də ağzın bir dada  gəlsin.

Beləliklə, bir sini plovu yeyib qurtarırlar.

Stalin deyir:

- Gördünüz,onların kefi niyə kökdü, çünki bir-birlərini dolandıra bilirlər.

Və elə belə idi. Bu üç xalq adam balası kimi yaşayırdılar. Amma ermənilər  adam balası olmadıqlarından onun-bunun da  küyünə gedib həm bizə, həm də gürcülərə kəllə atdılar. Bizlərin də, gürcülərin də aşına su qatdılar, yeyib-içdiklərimizi zəhərə-zəhrimara  çevirdilər. Və heç  özləri də bal-yağ tapıb yeyə bilmədilər.

Baxırsınız Qarabağda bizim işğal altında olan kəndlərimizdə it damında yaşayırmışlar. Özüm Ağdamda təxminən 10-15 belə it damı gördüm. Bəlkə də çoxuydu, mən bütün  Ağdamı gəzməmişəm axı.

Bizə atdıqları  kəlləni də Dəmir yumruqla vurub partlatdıq və dünyada  itdən düşmüş oldular.

Buyursunlar, həm  bizdən, həm Türkiyədən, həm də Gürcüstandan ərazi iddialarından əl çəksinlər.  Yollar  açılsın, sərhədlər açılsın, yenidən, adam balası olmasalar da, qonşuların  hesabına adam balası kimi  yaşamağa başlasınlar. 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK