SON DƏQİQƏ:

"Kaliforniya oteli..."- Vüsal Bağırlı yazır

  22621   |  
Şriftin ölçüsü  

"Kaliforniya oteli..."


Uzun illər boyu musiqiçilər də, musiqi kefini artırmaq niyyətində olan
dinləyicilər də narkotiklərdən istifadə etmişlər. Narkotik və musiqi
arasındakı əlaqə musiqi mətnlərində əks olunurdu. Çünki, elə həmin
mətnləri və musiqi nümunələrini heroin, kokain və marixuana təsiri
altında olan musiqiçilər yaradırdılar.


“Eagles” qrupunun “Hotel California” mahnısını dinləmisinizmi? Bu
musiqi ilk dəfə 40 il əvvəl ifa olundu və janrın bir növ klassikasına,
şedevrinə çevrildi. İndi bu  kompozisiya nümunəsi rok janrının zirvəsi
hesab olunur. Musiqinin səslənməsi zamanı gitara dueti insanı vəcdə
gətirir, solistin ifası heyran edir. Mahnıda “tərk edilməsi mümkünsüz
görünən hotel”dən bəhs edilir. Burada yorğun və əldən düşmüş
səyahətçi, əvvəlcə cəlbedici görünən, sonra isə bir dəhşət yuvasına
dönən oteldə tələyə düşür...


Mahnın ideyası belədir: Hollivud adlı dəbdəbəli mehmanxanada qonaq
əvvəlcə xoş qarşılanır, sonra isə hiyləgər və çıxılmaz tələyə salınır.
Bəziləri bu musiqinin “gedonizm”i, yəni, həzzi hər şeydən üstün tutan
həyat tərzini təbliğ etdiyini düşünürdü. Burada otel üstü örtülü mənada
zindan, dəlixana, azadlığı məhdudlaşdıran qapalı yer kimi göstərilirdi.
Musiqinin sözlərindəki “Warm smell of colitas rising up through the air”
misrasında guya, narkomaniyanın, narkotik asılılığın təbliğ olunduğu
söylənilirdi. Bu söz təxminən, “marixuananın hərarətli qoxusu havaya
yayıldı” kimi tərcümə olunur...


Yaxın keçmişdə bizdə də “Kazbek” adlı  mahnı  qısa müddət ərzində
populyarlaşaraq efirlərin trendinə çevrilmişdi. Sonra isə meyxana-
mahnının müəllifi həbs edildi. O, narkotik vasitənin açıq təbliği ittihamı
ilə saxlanıldı.
Ümumiyyətlə, musiqi və narkotiklər arasında hansı paralellər aparmaq
mümkündür? Kanada alimlərinin hesablamalarına görə, musiqinin və
narkotiklərin insan orqanizminə verdiyi məmnunluq hissi təxminən
bərabərdir. Əvvəllər keyfiyyətli musiqi sərbəst və pulsuz əldə etmək
olduqca çətin idi. İnternetin və sosial şəbəkələrin kütləviliyi bu problemi demək olar, həll etdi. Narkotiklərlə də bağlı vəziyyət təxminən eynidir. Daha öncələr narkotik vasitələr qadağan edilirdisə, indi onların satışı və
istifadəsi bir çox ölkələrdə leqallaşdırılır və bu ənənə  get-gedə kütləvi
hal almaqdadır.


1981-ci ildə ABŞ prezidenti Riçard Nikson Vyetnam müharibəsini
dayandırsa da,  “rok-n-roll”un yayıldığı və məşhurlaşdığı dövrdə  qeyri-
adi və olduqca ziddiyyətli addım atdı və narkotiklərə mübarizə elan etdi.
Bu təxminən keçən əsrin səksəninci illərində Sovet İttifaqında həyata
keçirilən Antialkoqol kompaniyası kimi absurd addım idi. Vəziyyətin
ironiyası ondadır ki, hüquq-mühafizə orqanları bir tərəfdə narkotiklərin
satışı və istifadəsini maksimum məhdudlaşdırmağa çalışır, rok, rep, hip-
hop musiqiçilər isə acığa düşərək, öz növbəsində mətnlərdə içkini,
narkotiki və eyş-işrəti daha çox təbliğ edirdilər.


Təsadüfdən, ya zərurətdənmi, iş elə gətirirdi ki, rok-musiqi nümunələri
alimlərin LSD həblər üzərində tədqiqatlar apardığı ərəfədə məşhurluq
qazandı. Hətta, Timoti Liri kimi alimlər bu preparatı nəinki öyrənməyə,
həm də təbliğ etməyə başladılar. Beləliklə, tərəflər arasındakı
məhdudlaşdırma və təbliğat rəqabəti, qaçdı-tutdu oyunu o dövrdən
başlayaraq indiyədək davam edir və yenə də çoxsaylı mübahisələr,
anlaşılmazlıqlar yaratmaqdadır.


Vüsal Bağırlı

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK