adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Aprel 2021 11:34
30599
HADİSƏ
A- A+

Bakıda külək qarajın damını aşırıb, işıq və kanalizasiya xətlərinə ziyan dəyib

Bakıda güclü külək qarajın damını aşırıb.

Trend-in məlumatına görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Güclü külək nəticəsində yük avtomobilləri üçün nəzərdə tutulan qarajın damı avtomobil yolunun üzərinə düşüb. Nəticədə ətrafda olan agacın budaqları sınıb, işıq dirəyi aşıb və kanalizasiya borularına ziyan dəyib.

Uçmuş damı və ağacın budaqlarını ərazidən götürmək üçün, texnika cəlb olunub.