SON DƏQİQƏ:

Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib

  15161   |  
Şriftin ölçüsü  

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN-dən Adalet.az-a bildirilib ki, martın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən tədbir zamanı Nərimanov rayonu ərazisində yerləşən daş kəsimi sexlərindən Böyükşor gölünə çirkab suların axıdılması və sexdə tullantıların qalaqlanması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsinin (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduqlarına görə Bakı şəhər sakinləri O.Nəsibov və M.Səmədov barəsində protokol tərtib edilərək hər biri 600 manat məbləğində cərimə ediliblər.

Habelə sexdə tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini T.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) ilə protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilmişdir.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK