adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Mart 2021 12:15
36088
HÜQUQ
A- A+

Mübariz Mənsimov məhkəmədə söz dedi YENİLƏNİB

Hazırda Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun məhkəməsi keçirilir.

 “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib ki, məhkəmədə iş adamına söz verilib.

Mübariz Mənsimov ittihamları qəbul etməyib:

“Nə FETÖ köpəklərinə 1 qəpik verdim, nə də vermərəm. Tam əksinə, yalnız dövlətimizə yardım etdim. Mən bəraət istəyirəm”. 

***

Hazırda Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun məhkəməsi keçirilir.

Bu barədə Modern.az-a “Palmali Holding”in mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

 F.Quliyeva qeyd edib ki, iş adamına hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, azərbaycanlı iş adamının bu gün azadlığa buraxılacağı gözlənilir. Belə ki, İstanbul Baş Prokurorluğu bir neçə gün öncə Mübariz Mənsimovun sərbəst buraxılmasını istəyib.

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunurdu.

 Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək.