SON DƏQİQƏ:

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyədə görüşləri davam edir

  10622   |  
Şriftin ölçüsü  

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir. Səfər çərçivəsində əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə sahələr üzrə görüşlər keçirilir.

Türkiyə ilə muzey sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi, muzey əşyalarının düzgün qorunması, elmi-tədqiqatı, muzey işçiləri arasında təcrübə mübadiləsinin yaradılması, muzeylərin maarifləndirici xüsusiyyətləri və təhsildə rolu, birgə sərgilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri v.i.e Nərgiz Abdullayeva Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylərin Baş müdir müavini Yəhya Coşqun,  Rahmi M.Koç Muzeyləri, Anadolu Mədəniyyətlər Muzeyinin rəsmi nümayəndələri ilə işgüzar görüşlər keçirib. Görüşdə nəzəri və praktiki mübadilənin əhəmiyyəti vurğulanıb və hər iki ölkənin muzeyləri arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin təşkil olunması ilə bağlı razılıq əldə edilib.

N.Abdullayevanın Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Anadolu Mədəniyyət Sahibkarlığı (Anadolu Kültürel Girişimcilik) şirkətinin nümayəndələri ilə də görüşü baş tutub.

Qeyd edək ki, Anadolu Kültürel Girişimcilik şirkəti Türkiyənin 180-dən artıq muzeyinin mağazalar şəbəkəsini özündə birləşdirir və bu muzey-mağazaların ticarət əlaqələrinin genişləndirilməsi işini uğurla həyata keçirən beynəlxalq şirkət hesab edilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK