SON DƏQİQƏ:

Biz kasıb olmalıyıq - Nicat Novruzoğlu yazır

  64141   |  
Şriftin ölçüsü  

Məni söysəniz də, qınasanız da, tənbeh etsəniz də mən kasıblığın tərəfdarıyam. O kasıblığın ki, hər kəs kasıb olsun. Hər kəsin maddi durumu eyni olsun. Hər kəs eyni yer gəzsin, eyni maşını sürsün, eyni geyinsin...Bəs niyə mən fərqliliyi olmayan kasıb bir həyat diləyirəm? Çünki bizi bu ayrıseçkilikdən ancaq kasıblıq qurtara bilər. Bizi bu rüşvətxorluqdan, harınlıqdan kasıblıq qurtara bilər.. Bizi bu yaltaqlıqdan da kasıblıq qurtara bilər.

Əgər hamı kasıb olarsa...

Gedirsən poliklinkaya. Ki, sağlamlıq kağızı alasan. Arayışı verən deyir ki, yerində 40 manat. Ya da ki, qapı-qapı düş sağlamlığını yoxlat, sabah da gəlib arayışını alarsan. Biz 5 manat aşağı-yuxarı var-gəllə sağlamlıq arayışımız alıb çıxırıq(artıq bu əqli xəstə olmağımıza dəlalət edir. Sağlamlıq qalar adamda?). Çünki cibimizdə arayış üçün pul var. Kasıbda da arayış üçün pul olar?!

Oturursan məclisdə. Baxırsan ki, birinin başına pərvanə kimi dolanırlar. Qarın yekə, saat bahalı, geyim firma, telefon da ki, düşmən gözü çıxarır. Mahnılar onun üçün oxunur, şəkilləri o bəzəyir, sağlıqlarda yaşayır, gəlin az qalır onun qoluna girsin, bəy də qarşısında dayanmadan oynayır . Niyə? Çünki varlıdı...

Keçək yas məclisinə. Bir imkanlının dədəsi ölsün. Ölsün deyəndə, qarğış deyil ha, ümumi olaraq deyirəm. Fərz edin ki, ölüb. Tay sonra mənə deyilməsin ki, sən bu kasıbın bədniyyətliyinə bax hələ, kasıb, sən də özünü insanmı sanırsan? Mollanın yasini uzandıqca uzanır. Elə bil, yasinin uzunluğu kişinin yerini isti edəcək. Tanıdı tanımadı hər kəs məclisə təşrif buyurar. Gələn elə sifət alar ki, elə bil, rəhmətlik bunun dədəsi idi. Nəysə, ölünün arxasınca danışmayaq indi, Allah rəhmət eləsin!

Hamı kasıb olsa qanundan qorxarlar, qanun qiymətli olar, pul qanunu kəsməz.

Hamı kasıb olsa, cəzadan qorxarlar, pul cəzanı çəkməz.

Hamı kasıb olsa, toyumuzda eyni müğənni oxuyar.

Hamı kasıb olsa, mollamız da fərqlənməz, yasinimiz də.

Hamı kasıb olsa, mehriban olarıq.

Hamı kasıb olsa, əkərik, biçərik, məhsuldarlıq olar.

Hamı kasıb olsa, övladlarımızın sayı çox olar.

Hamı kasıb olsa, kasıblıqdan heç kəs intihar etməz.

Hamı kasıb olsa, hər kəs təhsil alar.

Hamı kasıb olsa, hər kəsin balasına iş verilər.

Hamı kasıb olsa, harınlamarıq.

Hamı kasıb olsa düz söz düzdə qalmaz.

Hamı kasıb olsa tərəzimiz düz olar.

Hamı kasıb olsa, Vətən üçün hər kəs döyüşər. Kasıbların Vətəni!

Hamı kasıb olsa, sevgimiz də saf olar.

Bu kasıbyanə misalları yaza-yaza nə qədər istəsən uzatmaq da olar. Amma bilirəm ki, mənimlə razılaşmayassınız. Çünki kasıbam...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK