adalet.az header logo
  • Bakı 7°C
26 Fevral 2021 12:36
19578
DÜNYA
A- A+

MOSKVA ABŞ-IN SURİYANI BOMBALAMASINI QINADI

Rusiyanın xarici işlər nazirliyi ABŞ -ın gecə saatlarında Suriyanın ərazilərinə raket zərbələri endirməsini qınayaraq, bunun beynəlxalq hüquqların qorunmasına zidd əməl olduğunu bəyan edib.
 

"Raket zərbələri BMT-nın üzvü olan suveren dövlətin ərazilərinə endirilib. Bu beynəlxalq hüququn pozulmasıdır. Zərbələrin kimə qarşı endirilməsinni aydınlaşdırmaq lazımdır"- deyə bəyənatda bildirilir.

Rusiya XİN-nın sözlərinə görə "İran Suriya hərbiçiləri ilə birlikdə İŞİD-ə qarşı döyüşür".

Maraqlıdır ki, 44 günlük müharibə ərəfəsində Ermənistanın xaincəsinə, beynəlxalq normaları tapdayaraq, düşünülmüş şəkildə

Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə endirdiyi raket zərbələri nəticəsundə coxsaylı dinc əhalinin, o cümlədən uşaq və qadınların həlak olmasına, istər beynəlxalq səviyyədə , istərsə də Rusiya XİN səviyəsində səsini çıxaran olmadı.

 Rüstəm Hacıyev