Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs növbəti dəfə Qarabağa aid şeir yazıb.
Adalet.az şairin Azərbaycan əsilli fransız fotoqraf Rza Deqatinin fotolarından ilhamlanaraq qələmə aldığı həmin şeiri təqdim edir:
– Nə gördün Qarabağda,
(soruşdum Rza Diqqətinin fotolarından)
orda vəziyyət nə cürdü?
Salamatçılıqdı, dedi:
məscid – minbərdən,
kəhriz – çinardan,
qəbir – başdaşından,
mina – kadrdan
hündürdü!
Hə, bir də
mat qaldım bir şeyə:
oranın quşları
adam kimi danışır,
adamları
quş kimi oxuyur deyə...