adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Fevral 2021 12:22
31858
KRİMİNAL
A- A+

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər tutulub

Daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı yeddi fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.