adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Fevral 2021 17:16
184694
AVTOMABİL
A- A+

Sürücülərin sənədləri özləri ilə daşımasına ehtiyac olmayacaq

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib.

Adalet.az-ın məlumatına görə, təklif edilən dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.