SON DƏQİQƏ:

Anar Bağırov: “Vəkillərimiz adından bu cür cəhdləri şiddətlə qınayıram”

  38515   |  
Şriftin ölçüsü  

“Azərbaycanda vəkilliyin uğurları, vəkillərin həqiqi birliyi bəzi dairələri çox narahat edir, görəsən bunun səbəbi nədir?”

E-huquq.az-ın məlumatına görə, bu sözləri Vəkillər Kolllegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, son illərdə bəzi dairələr kollegiyaya qarşı qərəzli kampaniya aparır: “Deməli, xaricdə bəzi dairələr son 10 ildə Vəkillər Kollegiyası ilə hüquqi mübahisəsi olan bir neçə hüquqşünasın rəyi ilə qərəzli qara PR kampaniyası aparırlar. Bizə qarşı əsas ittihamlardan biri kimi 2018-ci ildən etibarən nümayəndəlik institutunun məhdudlaşdırılmasını belə göstərirlər. Son illər ölkədə vəkillik sahəsində aparılan və cəmiyyətimiz tərəfindən alqışlanan islahatları, uğurları görmək istəmirlər. Azərbaycan vəkilliyini bir “monstr” təşkilat kimi təqdim edirlər. Real vəziyyəti bilməyən insan fikirləşər ki, Azərbaycanda müstəqil vəkillik heç yoxdur, mövcud deyil. Müstəqil Vəkillər Kollegiyasının qanuni və legitim qaydada seçilən sədri kimi, vəkillərimiz adından bu cür cəhdləri şiddətlə qınayıram, şanlı ölkə vəkilliyinə və vəkillərinə hörmətsizlik və sayğısızlıq kimi qəbul edirəm”.

A.Bağırov Azərbaycanda vəkilliyin inkişafı üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb və bütün neqativ hallara qarşı rəyasət heyətinin rəhbərliyi tərəfindən dərhal reaksiya verildiyini qeyd edib.

“Azərbaycan çox az ölkələrdəndir ki, burada fəaliyyəti ilə bağlı vəkillərin həbs olunması, fiziki zorakılığa məruz qalması, vəkillərin ofislərində axtarış aparılması halları mövcud deyil.

Vəkillərimiz çox gözəl bilirlər ki, bu cür cəhdlər olanda rəyasət heyətinin rəhbərliyi vəkillərin müdafiəsi üçün bütün zəruri tədbirləri görüb, görür və qarşısını alır. Biz bunu piar xətrinə etmirik, paylaşmırıq, sadəcə olaraq öz vəzifələrimizi icra edirik, vəkillərin etimadını doğrultmağa çalışırıq”, - deyə o bildirib.

Kollegiya sədri qərəzli kampaniya aparan şəxslərin vəkilliyin inkişaf etmədiyi dövrlərdə susduğunu, bununla bağlı heç bir addım atmadıqlarını deyib.

“Vəkillik sahəsində vəziyyətin həqiqətən də ağır olduğu dövrdə, bir peşə birliyi kimi vəkilliyin mövcudluğu hiss olunmayan illərdə bu təşkilatlar harada və nə ilə məşğul idilər, niyə susurdular?” deyə, A.Bağırov əlavə edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK