SON DƏQİQƏ:

XAN QIZI ŞUŞA HƏBSXANASINI NİYƏ TİKDİRMİŞDİ?

  76168   |  
Şriftin ölçüsü  

Baxıram, mətbuatda Şuşadakı məşhur həbsxana haqqında maraqlı materiallar dərc olunur. Amma Xan qızının bu həbsxananı niyə tikdirməsi düzgün qeyd edilmir.

Məsələn, yazırlar ki, guya Xan qızı bu həbsxananı tikdirib ki, Qarabağ camaatı Gəncə həbsxanasına üz tutmasın. Yəni qarabağlılar bu həbsxanada yatsın.

Əslində isə məsələ tamamilə başqadı. Xan qızının ana ayrı iki ögey qardaşı vardı. Həmişə də titullarından istifadə edib Xan qızını çıxılmaz vəziyyətə salırdılar. Xüsusilə Abbas adlı qardaşı, bugünki dillə desək, «vorzakon» idi.

Bildiyiniz kimi, Şuşaya ilk dəfə suyu Turşsu istiqamətindən saxsı borularla Xan qızı çəkdirmişdi. Amma bu su camaata azlıq edirdi, ona görə ikinci su xətti inşa etdirməyə başladı, lakin Şuşaya az qalmış Abbas adlı qardaşı onun ləl-cəvahiratını oğurlayıb aradan çıxdı və ikinci su xətti yarımçıq qaldı. Onu da qeyd edim ki, bəzən su çəkilərkən elə keçilməz qayalıqlarla rastlaşırdılar ki, fəhlələr imtina edirdi. Onda Xan qızı həmin keçilməz sədlərin hər metrinə bir qızıl pul qoyurdu ki, qayanı yarıb götürün. Yəni çox böyük xərc qoyulmuşdu Şuşaya su çəkilməsinə.

Abbas daha ağır bir cinayət edir və ruslar tərəfindən həbs olunur və 15 il müddətinə Sibirə sürgün cəzası alır. Necə də olsa qardaşıdı axı. Onda Xan qızı Nikolay padşaha müraciət edir ki, icazə ver, Şuşada öz hesabıma bir həbsxana tikim, qardaşım da 15 illik cəzasını orda çəksn. Və icazəni də alır, həbsxananı tikdirir və təbii ki, həmin dövrə uyğun olaraq zindan formasında.

Abbas da həmin həbsxanada 15 nömrəli kamerada yatır. Bu kamera burjuy kamerası sayılırdı – geniş, işıqlı, rahat. Hətta bu kamerada yatan Ağdam uşaqları fors eləyəndə deyirdilər ki:

- Mənlə danışa bilməzsən ey, mən on beş nömrəli kamerada yatmışam.

Bu həbsxanada bir neçə burjuy kamerası vardı, amma təbii ki, ən məşhuru Xan qızının qardaşının yatdığı 15 nömrəli idi.

Mənim də bir dayım 60-cı illərdə Sovet ordusunda xidmətdən imtina elədiyinə görə 3 il həbs cəzası almışdı və o da həmin kamerada Qarabağda tanınmış adamlardan olan zərgər Mamedlə «xlebnik» olmuşdu, ölənədək də dost qaldılar. Atam, dayılarım demək olar ki, az qala hər həftə görüşə gedirdilər. Bəzən məni də aparırdılar. Biz görüşdən ayrılandan sonra maşını birinici dolamaya çatmamış saxlayıb həbsxanaya baxırdıq. Çünki dayım bizi yola salandan sonra həbsxananın pəncərəsindən dəsmal yelləyərdi.

P.S. Bəs, niyə iki qardaşı ola-ola Natəvan atasının taxtında oturdu və Xan qızı titulunu qazandı? Bir dəfə bu barədə yazmışam, «Dolu» romanında da qeyd eləmişəm, oxucularım istəsə yenə yazaram.

Aqil ABBAS

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK