SON DƏQİQƏ:

“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb - FOTO

  11783   |  
Şriftin ölçüsü  

Azərbaycanın dövlət müstəqilliyinin, milli hürriyyətə aparan yolun başlanğıcı kimi tariximizə yazılan 20 Yanvarın 31-ci ildönümüdür.

1990-cı ilin vahiməli 20 yanvar gecəsi təkcə Azərbaycan xalqının faciə gecəsi deyildi, həmin gecə həm də müstəqil Azərbaycan dövlətinin ilk təməl daşının qoyulduğu bir tarixi gün idi. Çünki o gecədən sonra Azərbaycan xalqı istibdadla, əsarətlə barışmayacaqdı.

Həmin gecə Bakıda törədilən qətliamın günahsız qurbanları arasında Bakı metropoliteninin iki əməkdaşı - ”Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var idi. Tanklar şəhərə daxil olarkən törədilən dəhşətlərin şahidi olmuş yol xidmətinin işçisi Valeh Məmmədov yaralandı, bir müddət sonra isə keçirdiyi ağır əsəb gərginliyindən, gördüyü dəhşətlərdən tapdığı sağalmaz xəstəlikdən dünyasını dəyişdi.

Yanvarın 21-də, o zaman Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırıb və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan edib. O tarixin siyasi qiyməti də məhz ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən, lakin bu dəfə müstəqil dövlətin rəhbəri olduqdan sonra verilib.

Bakı metropoliteni həmin gecənin, sadəcə, şahidi olmadı. Şəhərin müxtəlif istiqamətlərində güllə-boran edilən sakinlərin sığınacaq yerinə məhz metro çevrildi. O gecə şəhərdə güllə yağışından, ağır texnikanın basqısından hərəkətin, demək olar ki, tam məhdudlaşdığı bir vaxtda yaralıların xəstəxanalara vaxtında çatdırılmasında, yaralıların həyatının xilas edilməsində metro əvəzsiz rol oynadı.

Yarandığı gündən paytaxtın rəmzlərindən birinə çevrilən Bakı metropoliteni həm də bu şəhərin nəbzini vuran bir canlı orqanizmdir. O vaxtdan hər il 1991-ci ilin qanlı yanvar gecəsinin xatirəsi Bakı metropolitenində xüsusi mərasimlərlə anılır.

O tarixi gecədə qan tökülən əsas ərazilərdən biri olan XI Qızıl ordu meydanının, eləcə də həmin meydanın adını daşıyan metro stansiyasının adı dəyişdirilərək “20 Yanvar” qoyulub. Bu tarixdən sonra hər il faciə qurbanlarının anım günlərində qərənfillərin düzüldüyü stansiyalarda günün ruhuna uyğun musiqi parçaları səsləndirilir, qatarlarda maşinistlər stansiyaları radiorabitə vasitəsilə elan edirlər. Əlbəttə, həmin gün “20 Yanvar” stansiyası sərnişinlərini xüsusi bədii tərtibatla qarşılayır. Saat 12:00-da, bütün ölkə ərazisində olduğu kimi, Bakı metropolitenində də bir dəqiqəlik sükut elan edilir, stansiyalalara çıxarılan qatarlar bir dəqiqə ərzində matəm fiti verir.

“Bakı Metropoliteni” QSC-nin kollektivi, rəhbər heyəti başda olmaqla, həmin anı orada qarşılayır. Hər il Bakı metropoliteninin kollektivi, iki günahsiız qurbanının da uyuduğu Şəhidlər xiyabanını ziyarət edir, onların ruhları qarşısında baş əyərək dualar oxuyur.

Artıq bir ilə yaxındır dünyanı cənginə alan yeni növ koronavirus (“COVID-19”) infeksiyası təhlükəsinin minimallaşdırılması məqsədilə Bakı metropolitenində də sərnişindaşıma fəaliyyəti zamanla dayandırılıb. Növbəti dəfə belə bir qərara əsasən, metropolitenin sərnişindaşıma fəaliyəti oktyabr ayının 19-da qüvvəyə minib. Bu səbəbdən “20 Yanvar” stansiyası 31 illik tarixdə ilk dəfə bu günü sərnişinsiz qarşılayır. Lakin metropoliten bugünkü anım mərasimlərindən kənar qalmayıb.

Qatarlardan matəm fiti “Nərimanov” elektrik deposunun yollarında yayılıb. QSC rəhbərliyi və kollektivin nümayəndələri burada canını Vətənə fəda etmiş bütün şəhidlərimizin ruhunu birdəqiqəlik sükutla yad ediblər.

Depoda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK