SON DƏQİQƏ:

Yoldaşlarını döyüş meydanından çıxararkən ağır yaralanan əsgər həyata qayıtdı - FOTO

  14733   |  
Şriftin ölçüsü  

SOCAR-ın “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun əməkdaşı, qazi Ramiz Qasımov hazırda müalicə olunan 1245 yaralı hərbçimizdən biridir.

O, könüllü olaraq Vətən müharibəsinə yollanıb və Cəbrayıl, Qubadlı, Füzuli istiqamətində əks-hücum əməliyyatlarında böyük şücaət göstərib.

Ramiz Qubadlı uğrunda gedən döyüşlərin birində yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxararkən, düşmənin mövqelərimizə atdığı minamyot mərmisinin partlaması nəticəsində özü də ağır yaralanıb.

Bir neçə gün komada qalan R.Qasımov həkimlərin səyi nəticəsində həyata qayıdıb. Sağ qalması üçün bir ayağı amputasiya olunub.

Bildirilib ki, bundan sarsılmayan R.Qasımov “Torpaq, uğrunda ölən varsa, Vətən olur” - deyir.  

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK