SON DƏQİQƏ:

FAİQ QİSMƏTOĞLU: YENİ NƏFƏS

  40333   |  
Şriftin ölçüsü  

Professor Məhəmməd Kərimov – 65

 

Yaxud isti adam

 

... Mən çox ziyalı, savadlı, istedadlı, vətənini və xalqını sevən insanlar görmüşəm. Onların arasında həkimlər və müəllimlər başqalarından tamamilə fərqlənirlər, seçilirlər. Və çox qəribədir ki, mənim ən çox dostluq elədiyim adamlar həkimlərdir. Bu dostluq da təsadüfən yaranmayıb. Yəni pasiyent kimi onların yanına getmişəm, məni müayinə və müalicə ediblər, sonradan da aramızda dostluq yaranıb. Onların intellekti, dünyagörüşü və həyata fərqli baxışları həmişə maraq dairəmdə olub. Bax, beləcə, tibb elmləri namizədi, kardi-ocərrah Firdovsi İbrahimovla, tibb elmləri doktoru, cərrah Müşfiq Həsənovla, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifliylə, tibb elmləri namizədi Köçəri İsmayılovla şirin ünsiyyətdən, mehriban münasibətdən bir dostluq körpüsü yaranıb. Və o dostluq körpüsü bu gün də davam edir. Dostlarımdan, tanışlarımdan kiminsə səhhətində problem yaranan kimi ixtisasa uyğun olaraq onları  o həkimlərə doğru yönəldirəm. Mənim də dostlarım, tanışlarım ziyalılar, yaradıcı adamlar və daha doğrusu, o qədər də maddi imkanı olmayan insanlardılar. İnanın, o dostlarım adını çəkdiyim həkimlərin yanında olublar, şəfa tapıblar və həmişə də mənə dil-ağız eləyiblər ki, nə yaxşı belə savadlı həkimlərlə rastlaşdıq...

Haqqında söhbət açmaq istədiyim damar cərrahı, professor Məhəmməd Kərimovu bir neçə dəfə televiziya ekranında çıxış edərkən görmüşəm. Varikoz xəsətliyi ilə bağlı özünün müalicə metodlarıyla  əlaqədar o qədər lakonik, o qədər sadə, o qədər fikrini aydın ifadə edirdi ki, tamaşaçı üçün tay qaranlıq bir məqam qalmırdı. Bəzi həkimlərin xətrinə dəyməsin, onlar televiziyalarda çıxış edərkən elmi üslubda danışır, tamaşaçı auditoriyası isə onun nə qədər savadlı olsa da başa düşmür. Amma professor Məhəmməd Kərimov televiziya çıxışlarında çox sadə dildə danışaraq tamaşaçını ələ almağı bacarır və onu inandırır. Elə əsas  məsələ də tamaşaçı ilə səmimi söhbət eləmək, onun qəlbini ələ almaqdır.

Allah-Təala insanlara istedad bəxş edir. Və bu istedad hər adama da verilmir. Ən böyük istedadsa kimliyindən asılı olmayaraq, o şəxsin  İNSAN, ADAM olmasıdır. Bu cizgilər kimdə varsa, kimdə görünürsə, onlar həmişə cəmiyyət tərəfindən hörmətlə qarşılnır və sevinirlər. Ekranda gördüyüm professoru həyatda görəndə heç də təəccüblənmədim. Ən azından ona görə ki, o, ekranda necə sadə, səmimi idisə, həyatda da elə səmimi və nurlu bir insandır. Mən bu cür ziyalıları “isti adam” adlandırıram. Çünki onlar çöhrələrindəki nuru, ürəklərindəki hərarəti heç kimdən əsirgəmirlər. Elə ona görə də hamı tərəfindən sevilirlər: professor Məhəmməd Kərimov kimi!

Məhəmməd Kərimov 1955-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun I Müailcə-profilaktika fakültəsini bitirib. Özü də adi tələbə olmayıb. Lenin təqaüdçüsü adını daşıyıb. Həmin dövrdə Lenin təqaüdçüsü adı olan tələbələri barmaqla göstərirdilər. Çünki onlar həm savadı, həm istedadı, həm də əxlaqıyla digərlərindən fərqlənirdilər. Təbii ki, belə tələbələrlə dostluq etmək də şərəfli idi. Ən azından ona görə ki, o tələbələrin çox böyük gələcəyi vardı. Bu gələcəyə doğru Məhəmməd Kərimov çox inamla addımlayırdı. Tələbəlik illərinin çətinliyi və sonradan əmək fəaliyyətinə başladığı ayların, illərin zəhməti onu heç vaxt qarşıya qoyduğu məqsəddən çəkindirmirdi. Çünki o bilirdi ki, zirvəyə gedən yolun enişi var, yoxuşu var, qarı, çovğunu, tufanı olur. Və zamanın bütün çətinliyinə, sınağına, imtahanına sinə gərməyi bacardı.  Belə ki, o vaxtkı Sovet İttifaqında damar cərrahiyyəsinin banisi, dünya şöhrətli akademik A.V.Pokrovskinin rəhbərliyi ilə “Aşağı ətrafın trofiki xoralarla fəsadlaşmış xroniki venoz çatışmazlığının idarəolunan abekterial mühitdə cərrahi müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Və ölkəmizə qayıdıb  Azərbaycan Tibb Universitetində əmək fəaliyyətini davam etdirdi. Elmi işlər, axtarışlar və novotorluq onu heç vaxt sakit buraxmırdı. Ona görə də müəllimi, professor Çərkəz Cəfərovla yeni bir novotorluğa  imza atdı. “Qida borusu xərçənginin cərrahi müalicəsi və proqnoz amilləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası ortaya qoyuldu. Əlbəttə, bütün bu elmi yeniliklərə, dünyada çox gərgin zəhmət tələb edən novotorluğa imza atmaq elə də asan deyildi. Professor Məhəmməd Kərimov həmişə qazandığı uğurlardan heç vaxt arxayınlaşmayıb. Yəni Bəxtiyar Vahabzadənin dili ilə demiş olsaq, özündənrazı qalmayıb. Yaşadığı ömrü, günləri, ayları və illəri, oxuduğu, öyrəndiyi tapıntıları, yenilikləri ilə zənginləşdirib.

Bu gün Azərbaycanda həqiqətən də dünya səviyyəsində çox məşhur həkimlərimiz var. Və onlar heç də Avropanın, Amerikanın həkimlərindən geri qalmırlar. Əksinə, öz üzərlərində daim işləyir, yeniliklər əldə edir və bu addımlarla səhiyyəmizə uğur gətirirlər. Belə uğurlardan birinə də professor Məhəmməd Kərimov imza atıb. Onun lazer cərrahiyyəsi sahəsində əldə etdiyi yenilik və novotorluq bu gün çoxlarını sevindirir. Ölkəmizdə varikoz xəstəliyinin müasir müalicə üsullarının tətbiqi professor M.Kərimovun adı ilə bağlıdır. Belə ki, 2011-ci ildə ilk dəfə Endovenoz Lazer Ablasiyası əməliyyatını, sonra isə ardıcıl olaraq radiotezlik dalğalarla ablasiya və exoskleroterapiyanı da tətbiq edib.

O, 2019-cu ildə yeni bir uğura imza atıb. Belə ki, varikoz xəstəliyinin müalicəsində  termoobliterasiya üsullarından sonra yaradılmış və bu gün dünyada ən son, az invaziv müalicə üsulu sayılan Non Termal-Non Tumessent (NT-NT) obliterasiyanı MDB məkanında ilk dəfə olaraq  ölkəmizdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında Türkiyədən dəvət olunmuş  mütəxəssislərlə  birlikdə  uğurla işlədilib və bu gün də geniş istifadə etməkdədir.

Professor Məmməd Kərimovun ölkəmizdə ilk dəfə icra etdiyi əməliyyatlar sırasına əhali arasında geniş yayılmış babasil xəstəliyini müasir müalicə metodu diqqəti cəlb edir. O, yeni üsulla cərrahiyyə əməliyyatını həyata keçirir.

Bir vaxtlar o, Moskvada dünya şöhrətli  Sovet futbolçusu Lev Yaşinin ayağından əməliyyat olunması prosesində də iştirak edib. Dünyaca məşhur akademik A.B. Pokrovskinin rəhbərliyi ilə bu əməliyyat düz 24 saat çəkib. 24 saatdan sonra 4 akademikin verdiyi rəyə əsasən Lev Yaşinin ayağı kəsilib. Bütün bunları professor Məhəmməd Kərimov detalına qədər bizə danışır. O deyir ki, “cərrah heç vaxt mən bu işi gördüm, mən bu işi elədim deməməlidir”. O deməlidir ki, “biz bu əməliyyatı birlikdə aparırıq. Biz birlikdə ağır cərrahiyyə əməliyyatını həyata keçiririk”. Hətta mən tələbələrimə də deyirəm ki, heç vaxt “mənəm mənəm” deməsinlər. Çünki “mənəm mənəm” deyən adamın axırı yaxşı olmur.

İstedadlı cərrah Məhəmməd Kərimov Ümumdünya Damar Cərrahları Assosiasiyası Dünya Fleboloji Formu, Avropa Cərrahlar Cəmiyyəti Assosiasiyası və bu kimi bir çox mötəbər beynəlxalq cəmiyyətlərin üzvüdür. O, eyni zamanda ABŞ, Avstraliya, Almaniya, Fransa, İngiltərə, Hollandiya, İsrail, Astriya, İsveçrə, Türkiyə, Sloveniya, Şotlandiya, Rusiya və bir çox ölkələrdə beynəlxalq konqres və simpoziumlarda iştirak edib və Azərbaycanı ləyaqətlə təmsil edib.

O, 65 yaşın zirvəsinə çatıb. Həm də tibb elmində çox böyük yeniliklərə, kəşflərə və eyni zamanda, bəşəriyyət üçün dəyərli olan uğurlara imza atıb. Onunla söhbət etmək, onunla kəlmə kəsmək çox gözəldir. O dəqiqə hiss edirsən ki, bu ziyalı insan və professor dünyagörüşlü və mütaliəli adamdır. Elə bu cizgilər də onun çöhrəsinə hopub. Ona 65 yaş vermək olmaz. O, daha cavan, daha qıvraq və daha enerjili görünür. Çünki bu insanın ürəyi istidir, qəlbi təmizdir və təpədən dırnağa işıqlı adamdır. Kimsə onunla bir dəfə söhbət etsə, onun müsbət aurasına düşəcək və özünü çox rahat, sakit hiss edəcəkdir. Üstəlik,  professorla söhbət etmək xəstəliyə qalib gəlmək deməkdir, pasiyentin ürəyində həyat eşqinin yaranmasıdır.

 

Faiq QİSMƏTOĞLU      

Əməkdar jurnalist

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK