“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
“Aprel döyüşləri Azərbaycan hərb tarixinin parlaq səhifələrindən biridir. Məhz bu döyüşlər nəticəsində Azərbaycan Ordusu düşmənin mənəvi psixoloji səviyyəsini minimuma qədər endirdi, onları ağır məğlubiyyətə məruz qoydu. Nəticədə Azərbaycan uzun illər fasilədən sonra yalnız müdafiədə deyil, həm də hücum əməliyyatlarında geniş imkanlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirdi”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev 2016-cı ilin Şanlı aprel döyüşləri haqda danışarkən deyib.
O, bildirib ki, nəticədə düşmən strateji əhəmiyyət daşıyan Lələtəpə və Talış kəndi ətrafındakı yüksəkliklərdən qovuldu və bu yüksəkliklər sonrakı əməliyyatlarda, xüsusilə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına mühüm töhfələr verdi:
“Aprel döyüşlərindəki qələbə Azərbaycan əsgərinin psixologiyasına müsbət təsir etdi. Qələbə ruhunu daha da möhkəmləndirdi və bir daha döyüşlər sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında aşılmayacaq, keçilməyəcək düşmən səddi yoxdur. Aprel döyüşlərində əldə olunan qələbə sonrakı illərdə böyük qələbəyə aparan yolda mühüm əhəmiyyət kəsb edirdi. Bu qələbə növbəti dəfə sübut etdi ki, Azərbaycan Ordusu günün istənilən vaxtında, istənilən şəraitdə və coğrafiyada ən çətin vəzifələri belə yerinə yetirməyə qadirdir”.
Ə.Verdiyev deyib ki, məhz aprel döyüşləri sonrakı Vətən müharibəsində Azərbaycanın böyük zəfərini daha da yaxınlaşdırdı:
“İşğal altında olan ərazilərin ümumi miqyası ilə müqayisədə aprel döyüşlərində əldə olunan ərazilər böyük hesab oluna bilməzdi. Amma bu yüksəkliklərin azad olunması Vətən müharibəsi zamanı həm cənub, həm də şimal istiqamətindən döyüş əməliyyatlarının başlanması üçün bir plasdarm kimi istifadə olundu. Döyüşlərdə əldə olunan qələbə dövlət-xalq-ordu birliyini daha da gücləndirdi və dəmir yumruğun formalaşmasında mühüm əhəmiyyət kəsb etdi. Bir tərəfdən isə aprel döyüşlərində əldə olunan qələbə böyük qayıdışın da təməlini qoydu. Aprel döyüşlərindən sonra status-kvonun dəyişməsi həm cəbhədə əsgərlərimizin düşüncəsində, həm də xalqımızın qələbəyə inamında kifayət qədər dərin bir şəkildə hiss olundu. Məhz bu qələbə Ermənistanın uzun onilliklər boyu yaratdığı mifləri, xüsusilə də keçilməz Ohanyan səddi, məğlubedilməz erməni ordusu, dırnağarası erməni sərkərdələri miflərini tamamilə darmadağın etdi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
02 Aprel 2026 14:07
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - İlham Əliyev
02 Aprel 2026 13:58
Prezident tədbir iştirakçılarını qəbul etdi - FOTOLAR - YENİLƏNİB
02 Aprel 2026 12:44
TDT hökumət başçılarının görüşü: birgə bəyanat qəbul edildi - YENİLƏNİB
02 Aprel 2026 12:03
İlham Əliyev Cevdet Yılmazı qəbul etdi
02 Aprel 2026 11:47


Bakı -°C

