SON DƏQİQƏ:

Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırladı

  12095   |  
Şriftin ölçüsü  

Türkiyənin Ombudsman İnstitutu Ermənistan ordusu tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş cinayətlərə dair hesabat hazırlanıb.

Adalet.az xəbər verir ki, Ombudsman Şerəf Malkoçun hazırladığı hesabat bu həftədən etibarən dünyadakı müvafiq qurumlara, Avropa İttifaqı ölkələrinin parlamentlərinin insan haqları komissiyalarına göndəriləcək.

Malkoç, hesabat hazırlanarkən Azərbaycana getdiklərini və Ermənistan ordusunun hücumları nəticəsində zərər görmüş mülki yaşayış yerləri ilə bağlı araşdırmalar aparıldığını deyib.

"Xüsusilə, döyüş sahələri kənarındakı mülki yaşayış məntəqələrində, o cümlədən Gəncə, Tərtər, Goranboy, Ağdam hətta Bakı ətrafında raketlərlə vurulan əraziləri gəzdik. Gəncə döyüş meydanından kilometrlərlə kənarda olsa da, Ermənistandan atılan raketlərlə vuruldu. Tərtər də eyni şəkildə vurulub".

Hesabatda hücumlar zamanı 94 mülki şəxsin öldüyü, 414 nəfərin yaralandığı, 3410 fərdi evin, 120 çoxmənzilli yaşayış binasının və 512 mülki obyektin ciddi şəkildə zərər gördüyü vurğulanıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-28
2021-01-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 28, 26 23, 22, 19, 16, 14, 12, 09, 07,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK